ArxivXəbər lentiXəbərlər

Azərbaycanın adı İŞİD-lə bağlı beynəlxalq hesabatda – SİYAHI

İŞİD terror təşkilatının sıralarında 900 nəfər Azərbaycanlı döyüşür. Bundan başqa 252 –nəfərin Türkiyədən girişindən imtina olunub, 1677 nəfər isə Türkiyədə siyahıya alınıb. FaktXeber.com-un məlumatına görə, bu barədə Amerikanın Soufan Group konsaltinq  kompaniyasının hesabatında bildirilib.

Hesaba bildirilir ki, terrorçuları Suriya və İraqa ən çox ixrac edilən ölkə Rusiya olub. Belə ki, İŞİD terror təşkilatının sıralarında 3417 rus döyüşür. Bu göstəriciyə görə, ikinci yerdə Səudiyyə Ərəbistanı (3224), üçüncü yerdə isə İordaniya (3000) gəlir.

Bundan onra siyahını Tunis (2926) və Fransa (1910) davam edir.

Bunun yanında Rusiyaya ancaq 400 nəfər qayıdıb. Səudiyyə Ərəbistanına 760, İordaniyaya 250, Tunisə 800, Fransaya isə 271 nəfər qayıdıb. Azərbaycandan qayıdanlar barədə bir söz deyilməyib.

Xatırladaq ki, bir müddət öncə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev 900-ə yaxın azərbaycanlının İŞİD-ə qoşulduğunu bildirmişdi: “Onlardan 85-i hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və pentensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib, bir çoxu isə döyüş zamanı həlak olub. İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button