ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycanda da fəaliyyət göstərən Avropa şirkəti İŞİD-lə əməkdaşlıq edib – ƏTRAFLI

“LafargeHolcim Group” tikinti şirkəti “Suriyada yerləşən zavodunun təhlükəsizliyini təmin etmək” məqsədilə suriyalı terrorçulara maliyyə verdiyini etiraf edib…

Fransa və İsveçrənin tikinti şirkəti olan “LafargeHolcim Group” “Suriyada yerləşən zavodunun təhlükəsizliyini təmin etmək” məqsədilə 2012-2014-cü illərdə suriyalı terrorçulara maliyyə verdiyini qəbul edib.

qafqaz.ir-ın “Le Monde”yə istinadən verdiyi xəbərə görə, qəzetə açıqlama verən şirkət səlahiyyətliləri suriyalı silahlı terrorçulara maliyyə yardımı etdiklərini qəbul edib.

“LafargeHolcim Group” qəzetə “Cələbiyə”də olan sement zavodunun təhlükəsizliyini təmin etmək üçün “qəbuledilməz sazişlər” bağladıqlarını ifadə edib: “İndi baxanda, zavodun işləməsi üçün lazım olan şərtlərin təmin olunmasının qəbuledilməz olduğunu görürük.”

YARDIMLAR İŞİD-Ə YARAYIB

Fransız qəzeti 2010-cu ildə Suriyada fəaliyyət göstərməyə başlayan, Fransanın “Lafarge” və İsveçrənin “Holcim” şirkətlərinin yaratdığı “LafargeHolcim Group” haqqındakı iddiaları ilk olaraq keçən ilin iyun ayında bildirmişdi.

Qəzetə görə, bu müqavilələr o dövrdə bölgəyə hakim olan İŞİD-ə yarayıb.

İŞİD-İN NƏZARƏTİNDƏ FƏALİYYƏT

Şirkətin yük maşınıları 2013-cü ildə bölgədə fəaliyyətlərini həyata keçirmək üçün cihadçıların qurduğu nəzarət nöqtələrini keçməyə məcbur idi. Bu “sıxıntının” müzakirələr nəticəsində aşıldığı”, hətta İŞİD-in şirkətə sərbəst keçid üçün sənəd də verdiyi ortaya çıxıb. Bununla yanaşı ehtiyac duyulan benzin də İŞİD-in nəzarət etdiyi zavodlardan alınıb.

Şirkət İŞİD-in 2014-cü ildə bölgəni tamamilə işğal etməsilə ölkəni tərk edib.

Qeyd edək ki, Azərbaycanda da fəaliyyət göstərən “Holcim” şirkəti “LafargeHolcim Group“a daxildir.

Azərbaycanda da fəaliyyət göstərən Avropa şirkəti İŞİD-lə əməkdaşlıq edib – ƏTRAFLI

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button