ArxivXəbər lentiXəbərlər

İranın təhsil naziri Bakıda QMİ-nin sədri ilə görüşüb

İranın təhsil naziri Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşüb, danışıqlar aparıb.

İranın təhsil naziri cənab Fani İran və Azərbaycan arasındakı dini və mədəni ortaqlıqlara işarə edərək, deyib: İslam məzhəbləri arasında vəhdətin yaradılması və ixtilafların yerinə ortaqlıqlara diqqətin göstərilməsi hazırkı şəraitdə İslam dünyasının başlıca ehtiyacıdır.
O, ifratçılıq və təkfirçilikdən qaynaqlanan təhlükəni İslam Dünyası üçün ciddi təhdid adlandırıb və deyib: Təkfirçilər rəhmət dini olan İslamın simasını ləkələməyə çalışır və belə bir şəraitdə ruhaniyyətin və təhsil sisteminin rolunu gənclərin məlumatlandırılmasında, onların qorunmasında önəmli adlandırıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də bu görüşdə iki ölkə əlaqələrinin xüsusi ilə din sahəsində yaxşı olduğunu vurğulayıb və deyib: Ayətullah Nuri Həmədaninin Azərbaycana olan səfəri misilsiz idi və biz bir sıra İran müctəhidlərinin xüsusilə vəhhabilik barədəki əsərlərini çap etmək niyyətindəyik.
Allahşükür Paşazadə İran İslam Respublikasının İslam məzhəblərinin yaxınlaşdırılması üzrə səylərinə işarə edərək, deyib: Bu gün bəziləri İslam dini ilə bağlı yanlış bir sima təqdim etmək istəyirlər. Buna görə də, İslam Dünyasının bu xüsusda məlumatlandırılması çox önəmlidir və İslam İnqilabının Böyük Rəhbərinin bu məsələ ilə bağlı səyləri son dərəcə təsirli olub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycan Respublikasında dini tolerantlığa və dinlərarası dialoqa işarə edərək, deyib: Azərbaycanda müstəqillikdən öncə sadəcə 17 məscid var idisə, hazırda bu rəqəm 2000 məscidə çatıb.
O, daha sonra iki ölkə arasındakı əlaqələrin ən yüksək səviyyədə saxlanılmasına təkid edərək, deyib: İran daim Azərbaycana dayaq olub və Azərbaycan xalqının hüquqlarını beynəlxalq dairələrdə müdafiə edib. Buna görə də Azərbaycan xalqı və dövləti İran xalqı və dövlətinə xüsusi hörmət bəsləyir.
Bu görüşdə İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının İrana səfərlə bağlı dəvətnaməsi Assambleyanın nümayəndəsi olan cənab Hemməti tərəfindən Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button