ArxivXəbər lentiXəbərlər

Antalyada Azərbaycan və İran parlament sədrləri arasında görüş olub

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Antalya şəhərində İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə ölkələrimizin qanunverici orqanları arasında münasibətlərin inkişafına dair səmərəli fikir mübadiləsi aparılıb.

Tərəflər parlamentlər arasında əlaqələrin inkişaf dinamikasını yüksək dəyərləndiriblər. Ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərindən danışılan görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələr də aparılıb.

Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Şimal-Cənub dəhlizi üçün böyük perspektivlər yaradır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button