ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Rəcəb ayı yaxınlaşır-Dai mələkin nidası

Rəcəb ayının mühüm müraqibətlərdən biri də Rəsuli-əkrəmdən (s) nəql olmuş “Dai mələk” hədisini yada salmaqdır. Allahın Rəsulu (s) buyurdu:

“Mütəal Allahın yeddinci səmada “Dai” adlı bir mələki vardır. Rəcəb ayı gəlib çatdığı zaman bu mələk hər gecə səhərə qədər nida edib deyir: Xoş olsun, Allaha həmd-səna edənlərin halına. Xoş olsun, Allaha itaət edənlərin halına. Mütəal Allah buyurur: Mənimlə həmsöhbət olanla Mən də həmsöhbət olaram. Mənə itaət edən şəxsdən Mən də itaət edərəm (istəklərini yerinə yetirərəm). Məndən bağışlanmaq istəyəni bağışlayaram. Ay Mənim ayım, bəndə Mənim bəndəm, rəhmət Mənim rəhmətimdir. Bu ayda Məni səsləyən hər bir kəsin səsinə səs verərəm. Məndən istəyən hər bir kəsə əta edərəm. Məndən hidayət istəyən kəsi hidayət edərəm. Bu ayı Özümlə bəndələrim arasında ip qərar vermişəm ki, onu tutan hər bir şəxs Mənə yetişər.”

“Əl-Muraqibat” kitabından

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button