ArxivXəbər lentiXəbərlər

Gəncədəki “İmamzadə” dini-memarlıq kompleksində təmir işləri davam edilir

imamzade_605

Gəncədəki “İmamzadə” dini-memarlıq kompleksində əsaslı bərpa və təmir işləri 2010-cu ildən başlayıb və bu gün də davam edir.

“İmamzadə” dini-memarlıq kompleksinin ətrafı kərpiclə hasara alınıb və qəbiristanlıqla ziyarətgah bir-birindən ayrılıb. Kompleksin əsas girişi xüsusi layihə ilə tikilib. “İmamzadə”nin ərazisində hər biri 200 nəfərin ibadəti üçün nəzərdə tutulmuş “Hüseyniyyə” və “Zeynəbiyyə” hissəsində işlər başa çatıb. İstifadə olunmuş tikinti materiallarının çoxu xarici ölkə məhsullarıdır.
“İmamzadə” dini-memarlıq kompleksində ziyarətgahın üstündə 28 metr hündürlüyündə gümbəz, tikilinin sağ və sol hissəsində iki məscid inşa edilib. Məscidlərə aid iki minarədə də beton işləri başa çatmaq üzrədir.

İş icraçısı Mail Şahsuvarov bildirib ki, “İmamzadə” dini kompleksinin həyətində üçmərtəbəli 50 nəfərlik mehmanxananın tikintisi başa çatıb. Birinci mərtəbədə dəstəmaz, ehsan, qurbangah məqsədi ilə aparılmış tikililərdə son tamamlanma işləri yekunlaşır.

Komleksin gələn il təhvil verilməsi nəzərdə tutulur./SalamNews/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button