Xəbərlər
TRT-Türkdə ilk hicablı aparıcı
Bu TRT-nin türkcə yayımlanan kanallarında ilk hicablı aparıcıdır.
Türkiyədə dövlət sektorunda hicab qadağasının ləğv olunmasından sonra ölkənin ictimai telekanalı TRT-də ilk dəfə hicablı qadın aparıcı xəbərlər proqramını təqdim edib. Yerli mətbuatın xəbərinə görə, Feyza Çidem Tahmaz adlı aparıcı “Dünyanın xəbəri” adlı proqramı hicabla aparıb.
Məlumata görə bu, TRT-nin türkcə yayımlanan kanallarında ilk hicablı aparıcıdır.
Bundan əvvəl kürdcə yayımlanan TRT-6 (Şeş) kanalında hicablı aparıcı xəbərlər buraxılışını təqdim etmişdi
ans press