ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

BMT TŞ-nin Fələstin hadisələri barədəki iclası nəticəsiz başa çatıb

İclasda BMT baş katibi bildiribdir ki, bölgədəki gərginliyi azaltmaq üçün bütün tərəflər və ölkələrlə əlaqə saxlayır.
Antonio Quterreş həmçinin İsrail rejiminin Qəzzənin boşaldılması üzrə möhləti barədə nigarançılıq edib. Bildirib ki, bu rejimin hər hansı hərəkəti insan fəlakəti törədə bilər.
Quterreş Qəzzə zolağına humanitar əlçatmaların yaradılması, yardımların maneəsiz şəkildə çatdırılması, eləcə də humanitar hüquqlara riayət olunmasına təkid edib.
Deyilənlərə görə, iclasda ifadə edilən digər nigarançılıqlardan biri, gərginliklərin qərb sahilinə və Livana  yönəlməsi olubdur.
Həmçinin Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bu iclasda BMT Təhlükəsizlik Şurasına bir qətnamə layihəsi təklif edib. Məqsəd, bu layihə çərçivəsində işğal olunmuş Fələstin ərazilərində təcili atəşkəsin bərqərar edilməsidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button