ArxivXəbər lentiXəbərlər

Bakıda “İmam Xomeyni(r.ə)-in baxışında İslam birliyi və zorakılığın olmadığı dünya” adlı seminar keçirilib/foto

İran İslam İnqilabının dahi memarı İmam Xomeyni(r.ə)-in vəfatının 26-cı ildönümü ərəfəsində Bakıda İmam Xomeyni(r.ə)-in nəzərində İslam birliyi və zorakılığın olmadığı dünya adlı iclas keçirilib.

Azərbaycanlı yazıçılar və mütəfəkkirlərin, İnqilab Rəhbərinin Bakıdakı nümayəndəsinin, İran səfiri və Bakıda fəaliyyət göstərən İran qurumlarının məsul işçilərinin iştirakı ilə Park İnn otelində xüsusi bir tədbir keçirilib.

İslam İnqilabının Böyük Rəhbərinin Azərbaycandakı nümayəndəsi höccətülislam vəlmüslimin Ocaqnejad bu iclasda çıxış edərək, İmam Xomeynini(r.ə) İslam və İslam dəyərlərini bərpa edən şəxs və İslam Dünyasında birlik carçısı adlandırıb və deyib: İmam Xomeyni(r.ə) İslamı böyük bir bacarıqla dünya ictimaiyyətinin ümumi fikri qarşısında gündəmə gətirməyi bacardı.

Höccətülislam vəlmüslimin Ocaqnejad əlavə edib: İmam(r.ə) öz inqilabı ilə müsəlmanlara izzət bəxş etdi və hazırda da bəşəriyyətin yeganə nicat yolu İmamın ali ideyalarından bəhrələnməkdir.

İran İslam Respublikasının Bakıdakı səfiri Möhsün Pakayin də bu iclasda hegemonçuluq quruluşunun düşüncələrinin əsaslarını analiz edərək, Qərbin regionda müharibə odunu alovlandırdığına işarə edib və deyib: İmam(r.ə) öz inqilabı və qurduğu hökumət ilə dünyaya sübut etdi ki, İslam birlik və rəhmət carçısıdır və cəmiyyətin idarə edilməsində əxlaq və mənəviyyata üstünlük verir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev də bu iclasda İmam(r.ə)-ın İslamın bərpa edilməsindəki roluna işarə edərək, deyib: İmam Xomeyni(r.ə) kommunizmin Azərbaycana olan istilasının başa çatmasından sonra bu ölkədə İslamın bərpa edilməsində təsirli rol oynayıb.

Azərbaycan İslam Partiyasının keçmiş sədri Hacağa Nuri də İmam Xomeynini(r.ə) dünya azadələrinin sevimlisi adlandırıb və deyib: İran İslam Respublikasının banisi Vilayət Fəqih hökumət modeli ilə dünyaya göstərmiş oldu ki, İmam Zamanın (ə) zühuru mümkündür və 12-ci imamın nurlu vücudu öz zühuru ilə dünyanı ədalət ilə dolduracaq.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button