ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ermənistan-Rusiya münasibətləri gərginləşməyə doğru gedir

Erməni mediası Paşinyanın “Rus sülhməramlıların Qarabağdakı proseslərin qarşısını almadığı və yaxud almaq istəmədiyi”, “Ermənistanda yerləşən Rusiya hərbi bazalarının üstünlüklərini görmədiklərini” bildirməsinin rusiyalı rəsmilər və ekspertlərin kəskin reaksiyasına səbəb olmasına diqqət çəkib.
Kreml sözçüsü Peskov Paşinyanın media vasitəsilə danışmasının yaxşı hal olmadığını vurğulayıb və dolayısı ilə iki ölkə arasında dialoqun olmamasına vurğu edib; XİN sözçüsü Mariya Zaxarova isə bildirib ki, Qərb mediasının İrəvanın rəsmi nümayəndələrinə “hücum” etdiyini, onlardan təxribatçı suallara cavab aldığını görürük: “Biz görürük ki, bu məsələlər Moskva ilə İrəvan arasında çoxplanlı əlaqələrə maksimum ziyan vurmağa yönəlib. Oxşar təxribatlar, təəssüf ki, indiki erməni reallığında işləyir”,-Zaxarova deyib.
Ermənistana girişi qadağan edilən Dövlət Dumasının MDB Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin isə Paşinyanın Rusiya ilə münasibətlər və hərbi bazalarla bağlı artıq hər şeyi həll etdiyinə inandığını vurğulayıb:
“Paşinyan Rusiya ilə bağlı mövqeyini çoxdan qərarlaşdırıb. O, sadəcə olaraq, əsl niyyətini dərhal ortaya qoymadı. İndi o, Qarabağ faciəsindən istifadə edib, günahı Rusiyanın üzərinə yıxmaq istəyir. Paşinyan Qərbə üz tutmasını bu cür izah edir. O hesab edir ki, Rusiya ilə hesablaşmağın, KTMT-dən çıxmaq və digər gücləri regiona dəvət etməyin vaxtı çatıb. O ümid edir ki, onun davranışı Qərbdə qiymətləndiriləcək və bu, onun hakimiyyətdə qalmasına kömək edəcək”,- Konstantin Zatulin deyib.
Rusiyalı ekspert İvan Pankin “Komsomolskaya Pravda”ya müsahibəsində deyib ki, Paşinyanın bəyanatları Ermənistanın Rusiyanı birdəfəlik tərk etmək niyyətini əks etdirir. Ekspertin fikrincə, gec-tez Ermənistanda baş verən proseslər Ermənistanın KTMT-dən çıxması və NATO-ya daxil olması ilə nəticələnəcək:
“Digər tərəfdən, Paşinyan Ermənistanın KTMT-dən çıxmadığını deyir, bildirir ki, mövqelərin razılaşdırılması prosesi gedir. Bu o deməkdir ki, Ermənistan Rusiya ilə alver etmək istəyir, lakin Ermənistanın hakim elitası KTMT-dən çıxmaq və Rusiya bazasını ölkədən çıxarmaq qərarına gəlsə, o zaman Rusiya daha buna mane ola bilməyəcək”, İvan Pankin bildirib.
“Kommersant” nəşri isə bir məqalədə bildirib ki, Rusiya və Ermənistan ikitərəfli münasibətlərin “qiyabi aydınlaşdırılması” formatında ilişib qalıblar: dövlət başçıları təmasda deyil, amma iki ölkənin nümayəndələri mütəmadi olaraq ittihamlar mübadiləsi aparırlar. Ermənistanın Baş naziri Nikol Paşinyan media vasitəsilə siqnallar verir ki, İrəvan təhlükəsizlik sahəsində Rusiyanı əvəz edəcək şəxs axtarır. Moskva Ermənistan hakimiyyətinı dialoq deyil, müxtəlif yollarla izah etməyə çalışır ki, onun alternativi yoxdur.
Nəşrin Rusiya dövlət strukturlarındakı mənbələri təsdiqləyiblər ki, Ermənistan Rusiya ilə əlaqələrə “pauza” verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button