ArxivIslamXəbər lentiXəbərlər

“Gürcüstan müsəlmanları olaraq Bakıdakı məscid problemindən narahatıq”

Şeyx Hacı Hacıyev Bakıdakı “Fatimeyi Zəhra” məscidinin torpağı ilə əlaqəli yaranan məsələyə də moizəsində toxunub

İslamazeri.az-ın verdiyi xəbərə görə, Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) və Imam Əli (ə) adına Xeyriyyə Fondunun təşkilatçılığı ilə 11.02.2017 Tarixində Marneuli şəhər məscidi İmam Əli (ə) məscidində xanım Fatimeyi Zəhranın (s.ə) şəhadəti ilə əlaqədar Əyyami Fatimə günlərinin ilki keçrilib.

Şam namazdan sonra məclis Quran tilavəti ilə başladı və məscidin axundu Şeyx Hacı Hacıyev xanım Fatimənin (s.ə) əzəməti, böyüklüyü və şəhadəti haqqında danışıb.

Şeyx H.Hacıyev Bakı şəhərinin Günəşli qəsəbəsində yerləşən “Xanım Fatimeyi Zəhra” məscidinin problemlərinə də toxunaraq məscidin ərazisinin qəsb olunmasına narahatçılığını bildirib.

Məclisin davamında Azərbaycandan gələn qonaq məddah Seyid Rəhman və Rza Cəfəri öz gözəl səsləri ilə Xanımın (s.ə) matəmi ilə əlaqədar nohələr oxuyub məclisə nuraniyyət qatdılar. Məclisin sonunda ehsan süfrəsi verildi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button