AktualAktualArxivXəbər lentiXəbərlər

Məhəmməd Əmin Rəsulzadə: Azərbaycan musiqisinin təməli İranın əsil musiqisi üzərində dayanır

Qafqaz Mədəniyyət Mərkəzi- “İran” qəzeti 1298-ci Günəş ilində çapdan çıxan 420-ci sayında yazır:

İran qəzetinin verdiyi izah: Zaqafqaziya hökuməti qəzetinin redaktoru və Musavat Partiyasının (Türk Ədəmi-Mərkəziyyət Firqəsi) lideri Məhəmməd Əmin Rəsulzadə Azərbaycan adlı qəzetinin hicri-qəməri 1337-ci il 7 rəcəbdə çapdan çıxan 152-ci sayında Azərbaycan Cumhuriyyəti hökumətinin nümayəndələrini İsmayıl bəy Ziyadxanovun başçılıq etdiyi heyətlə öz dostlarının yanına göndərməsi və yeni qurulmuş hökumətə Azərbaycan adının seçilməsi ilə bağlı izah yazmışdır. Bu məqalənin xülasəsini tərcümə edərək həmvətənlərimizə çatdırmaq Şərqi Zaqafqaziya əhalisinin hisləri və fikirləri ilə tanış olmaq baxımından faydasız deyil.

Sonralar Azərbaycan Cümhuriyyəti adı verilən Şərqi Zaqafqaziyanın başçısı və Müsavat Partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə  1918-ci ildə İranın o zamankı mətbuatı ilə müzakirə formasında geniş məqalələr yazmışdır. Bu məqalələr “İran və biz”, “Azərbaycan və İran” adlanırdı. İranın şimal əyalətlərindən birinin adının ölkələri üçün seçilməsindən dolayı İranın ictimai fikrində meydana çıxan qəzəbi sakitləşdirmək məqsədi güdən bu məqlələr müsavatçıların sonununcu təlaşları hesab edilirdi.

Sonda İran bu ölkəni rəsmi olaraq tanımadı. Bir il sonra bolşivik qüvvələri Gəncəyə və Bakıya daxil oldu və müvəqqəti Azərbaycan Cümhuriyyəti süquta uğrayaraq, adı 1937-ci ilə qədər arxivdə qaldı.

  1. Ə. Rəsulzadə sozügedən məqalələrdə Şərqi Zaqafqaziyanın müsəlman xalqının İran mədəniyyəti ilə sarsılmaz bağlılığı barədə əhəmiyyətli məqamlara toxunmuşdur. O cümlədən, İran ədəbiyyatının bu regiondakı böyük təsirindən söz açmış, daha önəmlisi isə Nizami Gəncəvi, Xaqani və Məhsəti Gəncəvi kimi iranlı şairlərin adını çəkərək, bu regionun əhalisinin adı çəkilən “iranlı” şairlərinə böyük hörmət bəslədiyini vurğulamışdır. M. Ə. Rəsulzadənin iranlı adlandırdığı şairlər, bügün Bakı dövləti tərəfindən müsadirə edilmiş və orada-burada azərbaycanlı və türkdilli şairlər kimi gündəmə gətirilərək, onların iranlı olduqları inkar edilir.
  2. Ə. Rəsulzadənin öz məqalələrində vurğuladığı digər bir məsələ Azərbaycan musiqisdir. O, “İran və biz” başlıqlı məqaləsinin bir hissəsində yazmışdır ki, Azərbaycan musiqisinin təməli İranın qədim musiqisi üzərində qurulmuşdur.

Bakıda doğum günü və xatirəsi rəsmi olaraq uca tutulan dırnaqarası Azərbaycan Cumhuriyyətinin banisinin dilindən söylənən bu tarixi reallıq bugün dəyərli olsa da o zaman bu adi və çox açıq-aydın bir məsələ idi. Bunu iranlıların üstünlüktələb olması kimi hesab etmək lazım deyil. Badkubə və Araz çayının şimal əhalisi bizim qardaşlarımızdır. Lakin heyiflər olsun ki, orada kiçik şeytanlar zühur edərək hökuməti şeytanlıqla səhv saldılar və ortaq tariximizi təhrif etməyə cəhd göstərirlər. İran heç vaxt iftixarlı şəxsiyyətləri, mədəniyyət abidələrini təkcə özünə aid etməyib; istər Tacikistan və Əfqanıstan regionlarında olsun, istər kürd, yaxud Qafqaz. Amma bu ölkəyə hakim kəsilmiş kiçik şeytanlar iranlı nəcabətindən suistifadə edərək, ən çox da özlərini dünyada gülünc vəziyyətə salan hərəkətlərə yol verirlər. Bunun nümunəsini Oksford Universitetinin Nərgiz Paşayeva ilə rəftarında açıq-aydın gördük. Unutmaq olmaz ki, elə də uzaq olmayan bir zamanlar Rəsulzadə kimi bir şəxsiyyət ədəbiyyat, mədəniyyət və musiqi barədə sözünü demişdir. Onun bu barədə təvazökarlığı nümunədir, Bakının yeni nəsil siyasətçilərinin özünü cahilliyə qoyması isə təəccüblü.

Azərbaycan Respublikası ölkəsinin varlığının süst və təməlsiz səbəbi vardır. Ona hakim siyasi rejimin təfəkkürünün də əsası yoxdur. Onun ideologiyasının əsas hissəsi İranın şimal-qərb regionuna, yəni Azərbaycan bölgəsinə yönəlib. Çünki Kerman və Şiraz kimi bölgələrin ümumiyyətlə Qafqazla tanışlığı yoxdur. Ona görə də ən çoxu 8 milyon əhalisi olan bir dövlət öz həddini bilməlidir və şeytalıq hiylələri ilə İran və Azərbaycan xalqının səbrini sınağa çəkməməlidir.

“İran və biz” məqaləsinin bəzi hissələrini təqdim edirik. Tədqiqatçılar və marağı olanlar İran milliyyətçiləri ilə Bakı mətbuatı arasında gedən debatlarla tanış olmaq üçün “Azərbaycan dər mocxizi-tarix” kitabına (İran millətçiləri ilə Bakı qəzetlərinin Aran adının Azərbaycana dəyişdirilməsi haqqında müzakirələrinə baxış- 1296-1298 Günəş ili) baxa bilərlər.

http://www.shirazehketab.net/cover/Azarbayejan_dar_mowjkhiz_tarikh.jpg

Məqalədə yazılır: “Hər halda, bu qəti və şübhə yeri olmayan bir məsələdir ki, İran siyasətçilərinin nöqteyi-nəzərindən, Araz nəhri şimalında olan azərbaycanlıların təşkil elədikləri müstəqil bir hökuməti-islamiyyənin paydar olması İranın mənafeindəndir. Üstəlik bizim Cümhuriyyətizlə İran şahənşahlığı arasında ədəbi və üsuli tərbiyə cəhətdən bir yaxınlıq və münasibət mövcuddur. Ədəbiyyatımız, ədiblərimiz, şairlərimiz, mühərrirlərimiz – bilxassə əski məktəbdən yetişənləri – İran feyzi ilə pərvəriş bulmuşlardır. Firdovsi, Sədi, Hafiz, Ömər Xəyyam, Molla Rumi və sair İran səramədani-süxəni bizimkilər tərəfindən adətən bənimsənilmişlərdir. İçərimizdə İran üsuli tərbiyə almışlarımız, fars ədəbiyyatı ilə aşina mürafiələrimiz az degildir. Hələ Nizami, Xaqani, Məhsəti kibi İran ədəbiyyati-qədiməsinin axırki dövrəsinə adlı şairlər yetişdirməklə də iftixar edəriz.

Qafqasiya Azərbaycanı İrandan aldığı borcu mümkün olduğu qədər iadə etməgə dəxi çalışmışdır!

Musiqimiz kəndinə məxsus bir xüsusiyyəti mühafizə eləməklə bərabər əsas etibarilə İran musiqisidir. Böylə ikən opera və operettalarımız vasitəsilə biz bu xüsusda dəxi müqabil bir təsir yapmaqla borcumuzu verməkdəyiz”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button