ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İnqilab Rəhbəri: İslam Respublikası cəlbedici bir modelə çevrilib

İslam İnqilabının Aliməqamlı Rəhbəri aprelin 12-də İranın dövlət rəsmiləri ilə görüşdə ölkənin bütün problemlərini həll edilə bilən məsələ adlandıraraq ilin şüarı ilə bağlı müxtəlif meyarları açıqlayıblar.

İnqilab Rəhbəri vurğulayıblar: İslam Respublikasının İqtidar sistemi və onun müxtəlif sahələrdəki nailiyyətləri nəticəsində İran xalqlar üçün cəlbedici bir modelə çevrilib.

Həzrət Ayətullahül-uzma Xamenei bir çox sahədə özünü-təmin etmək, o cümlədən 6 növ korona peyvəndinin istehsalını, xarici borcun sıfıra endirilməsini, elmi, sənaye və texnoloji sahələrdə irəliləyişləri İran İslam Respublikasının uğurunun nişanələri adlandıraraq buyurmuşlar: Uğurun başqa bir nümunəsi ölkənin idarə olunması prosesinin düzgün və rəvan tərəqqisi və bəzi digər ölkələrdən fərqli olaraq və bütün düşmənçiliklərə rəğmən, ölkənin qanuni şəkildə idarə olunmasıdır.

İslam İnqilabının Aliməqamlı Rəhbəri bəyan ediblər ki, bu nailiyyətlər və İranın regionda strateji dərinliyi və mənəvi təsirinin genişlənməsi kimi digər məsələlər İslam Respublikasını cəlbedici nümunəyə çevirib.

İnqilab Rəhbəri əlavə ediblər: “Düşmən öz tamahkarlığına əsaslanaraq əvvəllər deyilmiş məyusedici sözləri söyləyir, lakin onların hamısının yanlış olduğu sonradan sübuta yetirilir, necə ki, Səddam tətbiq etdiyi müharibənin əvvəlində Tehranı bir həftə ərzində fəth edəcəyini vəd etdi və ya bir neçə il əvvəl amerikalı təlxək milad bayramını Tehranda qeyd edəcəklərini bildirdi, ancaq proqnozları düzgün çəxmadı.”

İslam İnqilabının Aliməqamlı Rəhbəri vurğulayıblar: Çox mühüm məsələdir ki, məğrur amerikalılar İrana maksimum təzyiqin uğursuzluqla nəticələndiyini açıq şəkildə etiraf edirlər və bu unudulmamalıdır.

Həzrət Ayətullahül-uzma Xamenei sözünə davam edərək ölkə diplomatiyasının yaxşı istiqamətinə işarə ilə vurğulayıblar: Rəsmilər nüvə məsələsində qətiyyən gözləmə mövqeyində durmamalı və problemlərin həlli üçün ölkənin imkanları əsasında plan qurmalı və hərəkətə keçməlidirlər.

İslam İnqilabının Böyük Rəhbəri müzakirələrə məsul olan şəxsləri inqilabçı, dindar və qeyrətli adlandırıb və nüvə mazakirəçisi heyətinin tamahkarklıqlar və təhdidlər qarşısındakı müqavimətindən məmnun olduqlarını bildirib və deyiblər: Bir çox problemlərə qalib gəlmiş İslam dövləti xalqa güvənərək, bu mərhələni də arxada qoyacaqdır.

Həzrət Ayətullahül-uzma Xamenei söhbətinin davamında fələstinli gənclərin işğal olunmuş ərazilərdə oyanışını və hərəkətlərini yüksək qiymətləndirərək deyiblər: Bu hərəkatlar ABŞ və onun ardıcıllarının səylərinə baxmayaraq Fələstinin yaşadığını göstərir və Allahın lütfü ilə son qələbə məhz Fələstin xalqına nəsib olacaq.

İslam İnqilabının Aliməqamlı Rəhbəri həmçinin Səudiyyə rəsmilərinə mərhəmətli və xeyirxah nəsihətlərində məzlum Yəmən xalqının şücaətini yüksək qiymətləndirib və Səud rejiminə xitabən deyiblər: Nə üçün qalib gəlməyə şansınızın olmadığını bildiyiniz halda müharibəni davam etdirirsiniz? Bu müharibədən çıxış yolu axtarın tapın.

Həzrət Ayətullahül-uzma Xamenei Yəməndə son atəşkəs təşəbbüsünü çox yaxşı adlandırıb və əlavə ediblər: “Əgər bu razılaşma sözün həqiqi mənasında həyata keçərsə, davam edə bilər və Yəmən xalqı şübhəsiz ki, özlərinin və liderlərinin səyləri, cəsarəti və təşəbbüsü sayəsində qalib gələcəkdir. Və Allah-Təala da bu məzlum xalqa kömək edəcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button