ArxivXəbər lentiXəbərlər

“O kəs ki, həddən artıq ehtiyatlıdır, çox az iş görər” – dinimizin bizə tövsiyələrindən

“İki sifətdən çəkin: hövsələsizlik və tənbəllik. Çünki əgər hövsələsiz olsan, heç bir haqla səbir edə bilməyəcəksən. Əgər tənbəl olsan, heç bir haqqı iddia etməyə qadir olmayacaqsan”.

“Hər bir dərdin dərmanı vardır, pis əxlaqdan başqa ki, müalicə qəbul etməz”.

“Rəhbərlik etmək vasitəsi, hövsələnin çox olmasındadır”.

“Əgər dağlar titrəməyə başlasalar, sən yerində və möhkəm qal”.

“Dünya ilə mehriban ol (yola get) və həyatın hadisələrini soyuqanlıqla qəbul et ki, məqsədində qalib olasan”.

“Ataların oğulları üçün qoyduğu ən bəyənilən şey – mədəniyyətdir”.

“Səbir və hövsələ ilə özümüzdə və başqalarında olan eyibləri dəyişdirə bilmədiyimizə görə dözək”.

“Səbirli ol ki, səbir – ağlın tərəzisi və tövfiqin nişanəsidir”.

“O kəs ki, mötədiliyi tərk edər, avara olar”.

“O kəs ki, həddən artıq ehtiyatlıdır, çox az iş görər”.

“Ən yaxşı iş – etidaldır”.

“O insanlar ki, behişt tamahı üçün ibadət edərlər – ticarətçidirlər”.

“Hər kim özünü tanıyar, Allahı tanıyar”.

“Bacardığın qədər xahiş etməkdən çəkin”.

“Səxavət odur ki, malik olduğunu verəsən və abrını saxlayasan”.

“Xarlıq – xəlqdən istəməkdədir”.

“Şərafət ox kimidir, əgər kamandan keçərsə, geri qayıtması mümkün deyildir”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button