ArxivXəbər lentiXəbərlər

İŞİD-İN QADIN BATALYONU SURİYALI QADINLARI HƏBS ETDİ

Suriya Human Rights Watch təşkilatı İŞİD-in “Əl-Xunsa” qızlar batalyonunun cinayətləri haqda bəyanat verib. Bəyanatda bildirilib ki, Suriyanın Riqqə şəhərindəki gənc qadınlar bu terror batalyonunun üzvləri tərəfindən həbs edilərək ağır işgəncələrə məruz qalır və daha sonra naməlum istiqamətlərə aparılırlar.

qafqaz.az-un verdiyi xəbərə görə, Əl-Həyat agentliyi bu haqda məlumat verib.

“Əl-Xunsa” qızlar batalyonu Riqqə şəhərində 18-25 yaş arasında olan qadınları nəzarətdə saxlayır. Terrorçu qızların hər biri 200 dollar muzd alır. Onlar həmçinin, sosial şəbəkələrdə fəal şəkildə İŞİD-i təbliğ də edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button