ArxivXəbər lentiXəbərlər

Türkiyədə yenilik: Qadın hakimlər və prokurorlar hicabla vəzifələrini icra edəcək

Türkiyə ədliyyə sistemində əlamətdar hadisə yaşanıb. Ölkə tarixində ilk dəfə bir qadın hakim baş örtüsü ilə məhkəmə prosesini idarə edib.   İstanbul Anadolu 3-cü Mülki Hüquq Məhkəməsinin qadın hakimi məhkəmə işlərinə hicabı ilə çıxmağa başlayıb.   Qeyd edək ki, Türkiyə Hakimlər və Prokurorlar Ali Şurası (Hakimler ve Savcılar Yüksek Kurulu – HSYK) Baş Katibliyi Ali Məhkəmənin məsələ ilə bağlı müraciətinə baxdıqdan sonra qadın hakim və prokurorların vəzifələrini hicab geyinərək icra etmə hüquqlarını tanıyıb. Şuranın bu bəyanatından sonra Türkiyə tarixində ilk dəfə bir qadın məhkəmə prosesinə hicabla çıxaraq vəzifəsini icra edib.   Sözügedən hakimin adı mənbələr tərəfindən açıqlanmır. Hicablı xanım hakimin üzərindəki ədliyyə mantiyası ilə məhkəmə sədri kürsüsündə çəkilmiş fotosu sosial şəbəkələrdə rezonans doğurub. Məhkəmə prosesində çəkilmiş görüntü ölkədə son günlərin trendinə çevrilib.    Xatırladaq ki, Türkiyədə cari ilin iyun ayında keçirilən parlament seçkiləri ərəfəsində hakim və prokurorlara tətbiq edilən hicab qadağası ləğv edilib 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button