ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanla Qətər arasında aviareyslərin sayı müvəqqəti artırılacaq

 “Azərbaycan Hava Yolları ” QSC (AZAL ) prezidenti Cahangir Əsgərovun Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.

görüşdə mülki aviasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

“Hazırda “Qatar Airways” aviaşirkəti Doha-Bakı-Doha istiqamətində həftədə 7 reys həyata keçirir. Bu ilin noyabr-dekabr aylarında Qətərdə futbol üzrə Dünya Çempionatının keçiriləcəyi dövrdə aviadaşıyıcının bu marşrut üzrə həftəlik reyslərinin sayının artırılacağı gözlənilir”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov qeyd edib.

Səfir isə mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə və ölkələr arasında işgüzar və turizm əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button