ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rəsmi: İRİB-in sərhədaşırı bölməsi hökumətin xarici siyasətinə diqqət yetirir

İran prezidentinin Tehrandakı İRİB-in qərargahında keçirilən media fəaliyyətləri sərgisinə baxışı çərçivəsində Əhməd Novruzi İran Press müxbirinə cavab olaraq, deyib: “İran prezidenti İbrahim Rəisinin xarici siyasətdə fəal yanaşmasını və İRİB-in sərhədaşırı bölməsinin xüsusi və təbii vəzifəsini nəzərə alaraq, hökumətin xarici siyasətinin daha yüksək əhəmiyyətlə əks etdirilməsi bizim üçün zərurətə çevrilib”.
Novruzi əlavə edib: “İRİB-in sərhədaşırı bölməsinin əməkdaşları 13-cü hökumətin xarici siyasət sahəsində atdığı irəliyə doğru addımlarını əks etdirmək üçün daha çox diqqət və səy göstərəcəklər”.
İran prezidenti Seyid İbrahim Rəisi bazar ertəsi İranın Teleradio Təşkilatında olub və bu təşkilatın məhsulları və texnoloji nailiyyətlərinin nümayiş etdirildiyi sərgini ziyarət edib.
Milli media qrumunun sərhədaşırı bölməsi onlarla beynəlxalq dildə yayımlanan və əhəmiyyətli virtual məkan fəaliyyətini təmin edən 20-dən çox radio və 12 telekanala malikdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button