ArxivXəbər lentiXəbərlər

Mübarək Qədr Gecəsi Gürcüstanda da qeyd edilib

Müsəlmanlar məscidlərə axışaraq səhərə qədər ibadət edib, Quran oxuyublar.

Ramazan ayının ən fəzilətli və min aydan üstün gecələrindən olan “Qədr Gecələrində” müsəlmanlar səhərə qədər oyaq qalaraq ibadətlər, dualar edirlər, Quran oxuyurlar və Allaha bəndəçiliklərini göstərirlər. 2-ci Qədr gecəsində Gürcüstanın Marneuli şəhərinin Qızılhacılı kəndinin inanclıları İmam Həsən (ə) Məscidində Əyha saxlayıblar.

İslaminSesinin məlumatına görə, məscidin imam camaatı Məşədi Fuad İsayev Müqəddəs Quran ayələrindən oxuyaraq Əhya məclisini daha da zənginləşdirib. Ustad Hacı Qurbanın moizəsi isə möminlərin mənəvi ruhunu bir az da artırıb.

Daha sonra müqəddəs gecənin duaları oxunub və digər əməllər icra edilib. Sonda Həzrət Əlinin (ə) Şəhadəti münasibəti ilə rozə, nohə və sinəzən oxunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button