ArxivXəbər lentiXəbərlər

Rusiyanın Türkiyədəki səfiri təhdid edildi; 2016-cı ildə də təhdid sui-qəsdlə nəticələnmişdi…

İdlibdəki vəziyyətdən sonra Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxova qarşı təhdid mesajlarından sonra Ankaradakı səfirlik binasında təhlükəsizlik tədbirləri artırılıb.

Bu haqda TASS agentliyinə Rusiyanın Türkiyədəki Diplomatik Korpusunun media ataşesi İrina Qasimova bildirib.

“Bəli, həqiqətən vəziyyət son zamanlar gərginləşib. Buna görə, bizim xahişimizdən sonra Türkiyə höküməti əlavə təhlükəsizlik tədbirləri həyata keçiriblər.”, -deyə İrina Qasimova əlavə edib.

Qasimovanın bildirdiyinə görə, bəziləri sözlə təhdid edirlər “Səfir çölə çıxma, Ankara küçələrinə çıxma”.

“Biz anlayırıq ki, bunu yazan insanlar çətin ki, öldürməyə risk edələr. Onlar sadəcə bu yolla öz qəzəblərini soyudurlar. Ancaq buna baxmayaraq, bununla hesablaşmalıyıq.”, – media ataşesi bildirib.

Qeyd edək ki, 2016-cı ildə keçmiş polis işçisi Mövlud Altıntaş adlı şəxs Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu Müasir Mədəniyyət Mərkəzində silahlı hücum həyata keçirərək qətlə yetirmişdi. Sonradan rəsmi Ankara onun FETÖ üzvü olduğunu bildirmişdi.

Lakin  “Kurtuba Gençlik Hareketi” adl Suriyadakı qruplaşmalarla əlaqəli vəhhabi qrupun üzvü Oduncu tvitterdə sui-qəsddən sonra “O mənə xüsusi təyinatlı polisdən çıxıb özəl aktıv vəzifə aldığını bildirdi” yazısını sildiyi aşkar olub. Daha sonra Oduncu istintaqa cəlb edilmiş, sui-qəsddən bir gün sonra  isə “Mənlə görüşmək istədi, görüşüb çay içdik. Mənimlə Suriyadan söhbət etdi, amma mən ondan FETÖ haqda soruşdum. O  FETÖ məktəblərində təhsil aldığını bildirdi.”, -deyə yazmışdı. Sosial şəbəkə istifadəçiləri səfiri öldürən terrorçunun Oduncu vasitəsilə təlimatlandırıldığını iddia edirdilər. Bu vasitə ilə “Nusra cəbhəsi” kimi qruplaşmaların cinayətdə əlinin olmasının mümkün olduğu qeyd edilirdi. Sonradan cinayətkarın FETÖ ilə əlaqəsi mediada önə çəkildi.

Türkiyədə baş verən bir çox hadisələri əvvəlcədən xəbər verməsiylə tanınan “Fuat Avni” adlı sosial şəbəkə istifadəçisi 12 dekabrda öz “Facebook” səhifəsində “Bazar ertəsi, çərşənbə axşamı və ya çərşənbə günü silahlı bir sui-qəsd cəhdi ola bilər” – deyə status paylaşmışdı. FETÖ-çu olduğu iddia edilən Avni, beləliklə, 5 gün sonra baş verəcək olan hadisəni əvvəlcədən xəbər vermişdi. Ancaq bütün ehtimallara baxmayaraq təhlükəsizlik tədbirləri artırılmamış və rus səfir qətlə yetirilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button