Xəbərlər

Torpaqlarımız işğaldan azad olunmayacaqsa, orduya ayrılan milyardlar nəyə lazımdır?

Azərbaycan 2014-cü ildə hərbi sahəyə büdcədən 3 milyard 786 milyon dollar vəsait ayıracaq. 

Hərbi qurumlara növbəti ildə ayrılması nəzərdə tutulan vəsaitin məbləği Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsinin layihəsində əksini tapıb. Lakin maraqlı olan budur ki, ordunun inkişafı bu günə qədər ayrılan və bundan sonra da ayrılacaq milyardlarla vəsaitə adekvatdırmı? FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, orduya ayrılan böyük vəsaitlərin Azərbaycanın iqtisadi qüdrətinin göstəricisi olduğunu söylədi. Ərazi bütövlüyümüzün bərpası və ordumuzun güclənməsi üçün maddi vəsaitin zəruri olduğunu bildirən Rövşən bəy, “hesab edirəm ki, Azərbaycanın iqtisadi qüdrəti orduya bu qədər vəsaitin ayrılmasına imkan verir. Ordunun əsas vəzifəsini dövlətin sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü və suverenliyini qorumaqdan ibarətdir”, – deyə qeyd etdi: “Lakin təəssüflər olsun ki, Azərbaycan ordusunun büdcəsi il-ildən artmasına baxmayaraq torpaqlarımız hələ də işğal altındadır. Düşünürəm ki, bu qədər vəsait ordunun saxlanılmasına ayrılırsa, orduda öz növbəsində torpaqları işğaldan azad etməlidir. Ona görə müvafiq komandanlıq orduya bununla bağlı əmr verməlidir. Sual olunmalıdır ki, əgər ordu torpaqları işğaldan azad etməyəcəksə, onda nəyə görə bu qədər vəsait xərcləyib ordunu təkmilləşdirirsiniz? Azərbaycan ordusu torpaqları işğaldan azad etməyə qadirdir. Sadəcə bunun üçün siyasi iradə nümayiş etdirib müharibə qərarı vermək lazımdır.”

Xəyal Şükür

birlik

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button