ArxivQadin və hicabXəbər lentiXəbərlər

Azərbaycan məktəblərində hicab yenidən qadağan edildi

Azərbaycanın Astara rayonunda məktəblilər və müəllimlərə məktəbə hicabla gəlmələri barədə xəbərdarlıq edilib.

İranın Teleradio Təşkilatının Bakı ofisinin maide.az saytına istinadla verdiyi məlumata görə, cümə günü Astara rayonunda məktəblilər və müəllimlərə bildirilib ki, gələn həftənin birinci günündən yəni, bazar ertəsi günündən etibarən hicablı məktəblilər və müəllimlər məktəbə buraxılmayacaqlar.

Bir valideynin dediyinə görə, məktəblilər və müəllimlərə bildirilib ki, müvəqqəti olaraq bir həftə müddətinə məktəbə hicabsız gəlsinlər. Çünki, dövlət rəsmiləri tərəfindən məktəbə baxış keçiriləcək. Buna görə də, müəllimlər və məktəblilər hicablı olmamalıdırlar.

Müəllimlərdən biri bu məsələyə etiraz olaraq, deyib: SSRİ dövründə də oxşar problemlərimiz var idi və elə buna görə də canımız bahasına müstəqilliyimizi bərpa etdik. Amma, yenə də həmin problemlər öz həllini tapmayıb.

Halbuki, Türkiyə, Fransa və Kanada kimi ölkələrdə hicabla bağlı qadağalar mövcud deyil.

Azərbaycan əhalisinin 98%-ni əsasən şiə müsəlmanlar təşkil etsə də, ölkədə bu kimi qadağalar tətbiq edilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button