ArxivXəbər lentiXəbərlər

Rusiya Talış Diasporunun sədrinin İlham Əliyevə tövsiyələri

Rusiya prezidenti yanında  Millətlərarası Məsələlər üzrə Şuranın üzvü,  Rusiya Talış Diasporun sədri İsmayıl Şabanov televiziyaya müsahibəsində İranla bağlı İlham Əliyevə tövsiyələr verib.

Qafqaz mədəniyyət mərkəzi – Azərbaycan Respublikası prezidenti İlham Əliyevin İran İR-na səfəri ərəfəsində, Rusiya Talış Diasporun sədri Moskvada ANNA televiziyası ilə müsahibədə Əliyevdən istəyib ki, hazırkı Azərbaycan Respublikasının ayrıldığı ana coğrafiya olaraq İrana hörmətlə yanaşsın və ona etimad etsin. O, İ.Əliyevə tövsiyə edib ki, İranla dostluq davranışı olsun və iki ölkə arsında əlaqələri əmanət kimi hesab etsin.

İsmayıl Şabanov həmçinin öz müsahibədə Suriyada İŞİD-dən sonrakı dövr üçün tövsiyə edib ki, barışıq və xalqı birləşdirmək üçün milli barışıq şurası təşkil etməklə vətəndaşların birliyi qorunsun.Şabanov bu müsahibəsində bildirib ki, İran və Rusiya koalisiyasının Suriyadakı qələbələri bizim düşmənlərimiz və rəqiblərimizi çox narazı etmişdir. Elə bu məqsədlə bir çox lobbi çalışır ki, bu birliyə zərbə vursunlar və bu ölkənin gələcək seçkilərində Putinin imicinə zərbə vursunlar. Xoşbəxtlikdən İran və Rusiya rəhbərləri düzgün idarəçiliyi ilə belə təhrikedici tələlərə düşmürlər. Bu üzdən, biz talışlar üçün Rusiya və İran koalisiyasının davam etməsi çox önəmlidir və onun üçün çalışırıq.

Əgər region ölkələrinin həssas və böhranlı vəziyyətini də nəzərə alarsaq, iki böyük ölkənin bu əlaqələrinin əhəmiyyəti və vacibliyini daha yaxşı anlayacağıq.

Azərbaycan Respublikasının Talışların Milli Hərəkatının rəhbəri öz açıqlamasının davamında deyib: “Bildiniz kimi, İŞİD-in Əfqanıstana köçürülməsi planı vasitəsiz şəkildə İran və Rusiyanın təhlükəsizliyini hədəf alır. ABŞ-ın bu planı qarşısında dayana biləcək yeganə tərəflər İran və Rusiyadır. Orta Asiyanın qalan ölkələri müqavimət göstərmək gücünə malik deyillər və heç bir addım da atmayacaqlar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button