Xəbərlər

Asim Məmmədovdan hələ xəbər yoxdur

Noyabrın 16-da evdən çıxıb geri qayıtmayan Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovdan hələ də xəbər yoxdur. Bunu Asimin anası Samirə Məmmədova deyib.

Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsindən də sayta bildiriblər ki, Asim Məmmədovun axtarışı hələlik nəticə verməyib.

Asim Məmmədov noyabrın 16-da internet klubuna getmək adı ilə evdən çıxıb, qayıtmayıb. O, gedəndə mobil telefonunu evdə qoyub. Telefonunda Asim “Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının fonunda tabut şəkli yerləşdirib. Həmin gün o, “Facebook” şəbəkəsində belə bir status da yazıb: “Qoyun qılım namazımı, sonra kəsin boğazımı”. Asim Məmmədovun yaxınları onun itkin düşməsi ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət ediblər.

Asim Məmmədov “Facebook” şəbəkəsində fəal olan dindar gənclərdən biri kimi tanınır. O, bu il aprelin 1-də Nardaranda keçirilmiş aksiyaya görə 12 sutka müddətinə həbsdə saxlanıb.

Media forum

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button