ArxivIslamXəbər lentiXəbərlər

Bu gün “Məbəs” bayramıdır

Rəcəb ayının 27-si İslam aləmində “Məbəs” günü kimi qeyd edilir
 

İslamazeri.az-ın məlumatına görə, “Məbəs” günü Həzrəti Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gündür. Məhz, bu gecə Məhəmməd (s) Allahın rəsulu seçildi. Rəcəb ayının 27-i Besət (Məbəs) günüdür. Həzrət Peyğəmbərin (s) Besəti, yəni onun Allah tərəfindən risalət məqamına ucaldılması – İslam tarixinin ən mühüm hadisələrindən biridir. Qurani-Kərimin nazil olması da məhz bu zamandan, Rəsuli-Əkrəmin (s) besətindən, ona ilk vəhyin nazil olmasından sonra başlayır. “Besət” sözü lüğəvi baxımdan ərəb dilindən ana dilimizə tərcümədə “ucaltmaq”, “qaldırmaq” mənasına gəlir. Termin olaraq isə besət, “Allah tərəfindən bir insanın digər insanların hidayəti üçün göndərilməsi”nə deyilir. 

Həzrəti Peyğəmbərin (s) məbus olmasından əvvəl onun gələcəyini səmavi din ardıcılları bəzi xüsusiyyət və nişanələrlə bilirdilər. Hətta müşrik ərəblər də bundan xəbərdar idilər. Qurandan əvvəlki səmavi kitablar olan Tövrat və İncil Məhəmməd peyğəmbərin (s) məbəsindən müjdələr vermişdi. Həzrət İsa (ə) Musaya (ə) nazil olan Tövratın təsdiqi kimi, Peyğəmbərin (s) göndərilməsi barəsində müjdə vermişdi. Hətta İncildə göndəriləcək Peyğəmbərin (s) xüsusiyytələrinə və onun tərəfdarlarına da işarə olunmuşdu. 

Buna görə də Quranın da zikr etdiyi kimi, əhli-kitab alimləri Peyğəmbəri (s) öz ən yaxın adamları kimi tanıyırdılar. Tarixdə Peyğəmbərin (s) besətinin intizarında olan çoxlu şəxslər var idi.

Bu gün böyük, şərəfli və mütəbərrikə gecələrdən biridir.

Bu bayram  münasibətilə sizi təbrik edirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button