ArxivXəbər lentiXəbərlər

Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin növbəti görüşünün yeri və vaxtı məlum olub Böyüt

Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin növbəti görüşü iyulun sonunda, avqustun əvvəlində Batumi şəhərində keçirilə bilər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli deyib. O bildirib ki, hər üç dövlətin müdafiə nazirlikləri qarşıdakı görüşdə imzalanacaq Memorandum üzərində işləyiblər: “Türkiyədə müdafiə nazirinin dəyişdirilməsi görüşümüzü bir az gecikdirib. Biz planlaşdırırdıq ki, iyulun əvvəlində bu tədbir baş tutsun, lakin görüş iyulun sonunda və ya avqustun əvvəlində Batumidə olacaq. Görüşdə Memorandum imzalayacağıq. Biz bütün məsələləri birlikdə həll etməyə cəhd göstəririk”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button