ArxivXəbər lentiXəbərlər

Məhərrəmliyin ilk günündən gəlib məscidmizin işığını kəsdilər

“Biz də hər kəs kimi məscidə gedib ibadət etmək istəyirik amma bunu edə bilmirik. Çünki ibadət ocağımızın işığını Məhərrəmlik ayının elə ilk günündən idaərənin işçiləri gəlib kəsdilər”.

Bu sözləri AzadXeber.az-a Cəlilabad rayonunun Üçtəpə kənd sakinləri şikayətlərində qeyd ediblər. Şikayətçilərin sözlərinə görə, Leyla məscidi kimi tanınan ibadət ocağı kəndin mərkəzində yerləşir.

İnanclılar bildirir ki, Məhərrəmlik ayının daxil olduğu ilk (15.10.2015) gündən gəlib məscidmizin işığını kəsdilər. Rayonun işıq idarəsinin bir neçə nümayəndəsi məscidə gəlib heçbir xəbərdarlıq etmədən “sizin 495 AZN borcunuz var ona görə də elektirik enerjiinizi kəsirik” deyib işığı kəsdilər: “Məscid hələ illər öncə rəsmi sənədləri ilə fəaliyyət göstərməsinə baxmayaraq, heç vaxt komunal xərclərini bizdən istəməyiblər. Səbəb kimi isə, ibadət ocağı olduğunu göstəriblər. Amma indi gedib ibadətimizi edib, məhərrəmlik məclisimizi qura bilmirik. İşıq idarəsinə gedirik bizi heç kim qəbul etmir. Biz hara gedək dərdimizi kimə deyək? Məscidin idarə edəni də yoxdur. Nəisə lazım olanda hamımız toplaşıb gücümmüz çatandan edirik. Amma bu heç az məbləğ də deyil. Vaxtında istəməyiblər, indi yığılıb bu qədər olub. Biz də kasıb insanlarıq göstərilən məbləği birdəfəyə ödəməyə gücümüz çatmır. Eyni zamanda ibadət etmək üçün məscidə gedə bilmirik. Düşünürük, idarə bu addımı məhz Məhərrəmliyinin ilk günündə atması qərəzlə bağlıdır. Bu cür qərəzli addımı atmaqda səbəblərinin isə nə olduğunu bilmək nbizə də maraqlıdır. Əks halda ən azından bir neçə gün öncə xəbərdarlıq edərdilər, yaxuda da Məhərrəmliyin bitməsini gözləyərdilər”.

AzadXeber.az olaraq, Cəlilabad işıq idarəsinin rəisi Mahir Abdullayev ilə əlaqə saxladıq. Mahir bəy isə öz növbıəsində, problemin mövcudluğundan xəbərdar olduğunu qeyd etdi. O bildirdi ki, bəli həmin məscidin 400 manatdan çox işıq pulu borcu var: “Dəfələrlə bildiriş göndərmişik, lakin ödəniş olmayıb. Yalan deyirlər ki, bizə xəbərdarlıq gəlməyib. Nümayəndələrimiz nəinki Leyla məscidindən, eyni zamanda digər bütün məscidlərə də borclarının olduğunu bildiriblər. Həmin dini məkanlar elektirkə olan borclarını ödədikdən sonra yenidən fəaliyyətə davam ediblər. Ödəniş etməyənlər isə bu gün mövcud problemlə üz-üzə qalıblar. Vətəndaşları hər gün qəbul edirəm. Qəbulla bağlı irəli sürülən iddialar yersizdir, buyurub gəlsinlər. İrad və təkliflərini dinləməyə hazıram. Həmçinin məscidin borcunu ödəsinlər elektrik təhcizatını yenidən bərpa edək”.

Problemlə bağlı, Qafqaz Müsəlmanlar İdarəsinin də mövqeyini öyrənməyə çalışdıq. Lakin 2 gün etdiyimiz ardıcıl zənglərimiz cavabsız qaldı.

Daha sonra redaksiyaya daxil olan məlumata görə, şikayətçilər idarə rəisinin qəbulunda olublar. Onlar borclarını yaxın günlərdə ödəyəcəklərini, lakin məhərrəmlik məclislərinin davam etdirilməsi üçün məscidin elektrik enerjini yediən bərpa edilməsini xahiş ediblər. Lakin Mahir bəy, qətiyyətlə borclarının hətta hissə-hissə deyil, hamısını birdəfəyə ödəmədikləri təqdirdə elektrik enerjisinin verilməyəcəyini onaların nəzərinə çatdırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button