Xəbərlər

Islam partiyasının sədri Haqqında ədalətsizlik!!!

Mövsüm Səmədovun sənədləri niyə itib?

Akif Heydərli: «MSK-nın yalançı bir qurum olduğu bir daha təsdiqləndi»

Islam partiyasının həbsdə olan lideri Mövsüm Smədovun prezidentliyə namizəd kimi seçkilərdə iştirak edəcəyi haqda məlumat vermişdik. Bu məqsədlə Mövsüm Səmədovun sənədləri MSK-ya təqdim olunub. Partiya bir neçə müddətdir ki, MSK-dan xəbər gözləyir. MSK-nın cavabı isə çox qəribə olub. Belə ki, qurumdan bildiriblər ki, Mövsüm Səmədovun sənədləri MSK-ya təqdim olunmayıb.

Islam partiyasının sədr müavini, təşəbbüs qrupunun rəhbəri Akif Heydərli qəzetimizə açıqlamasında baş verənlərin növbəti ədalətsizlik olduğunu və hakimiyyətin Mövsüm Səmədova qarşı qərəzli münasibət göstərdiyini bildirdi: “Əvvəldən bizə qarşı münasibət necə olmuşdusa, bu cür də davam edib. Sənədi qəbul edən xanım yoxa çıxıb,
” Natiq Kərimov: “Bu saxtakarlıqla bağlı bəyanat hazırlayıb bütün qurumlara təqdim edəcəyik” “
telefonları cavab vermir. MSK-nın yalançı bir qurum olması üzə çıxdı və fəaliyyət istiqamətinin qeyri-ciddi olması göründü. Biz, imanlı insanlar kimi, hər kəsə düz olanı, həqiqəti söyləyirik. Çalışacağıq ki, MSK-nın hesabatlarının qondarma olmasını, bu qurumun saxtakarlıqla məşğul olduğunu faktlarla sübut edək”.

Islam partiyasının üzvü Natiq Kərimov da baş verənləri hakimiyyətin sonuncu əməli kimi qiymətləndirdi və bu saxtakarlığı ifşa edəcəklərini bildirdi: “Insanın sənədləri necə ola bilər ki, guya uçsun? Bu hakimiyyətin axırıncı aşağılığıdır. Sənədlərin hansı mərtəbədə, kimə verilməsi də məlumdur. Sadəcə olaraq sənədlər verilən zaman bizim nümayəndələrə qəbz verilməyib. Qəbz olmadığına görə də bildirirlər ki, Mövsüm Səmədovun sənədləri MSK-ya təqdim olunmayıb. Biz bu saxtakarlıqla bağlı bəyanat hazırlayırıq və bu bəyanatı bütün qurumlara göndərəcəyik”

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia İsmayıllı iğtişaşlarının təşkilində ittiham olunaraq həbs edilən prezidentliyə namizəd İlqar Məmmədovun sənədlərinin MSK-da təsdiqlənməsi barədə qərarı müsbət qarşılamışdır.

Daha bir həbsdə olan və prezidentliyə namizədliyini irəli sürən AİP sədri Mövsüm Səmədovun da sənədlərinin Mərkəzi Seçki Komitəsi tərəfindən qəbul olunacağını aydınlaşdırmaq üçün vəkili Anar Qasımlı, İslamçıların Müdafiə Komitəsinin sədri Natiq Kərimov, AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli və MSK-nın Media və İctimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyevlə əlaqə saxladıq.

Azər Sarıyev: “Həmin xanım hal-hazırda da işdədir və öz iş fəaliyyət ilə məşğuldur.”

Akif Heydərli: Bu, hakimiyyətin Mövsüm Səmədova qarşı qərəzini MSK-da da davam etdirdiyini göstərir.”

Anar Qasımlı: “Mövsüm Səmədovla bağlı belə bir addımın atılması üçün gərək ona bəraət verilsin. Həm hazırki situasiyada, həm də prosessual baxımdan dabu mümkün deyil.””

Natiq Kərimov: “Biz bu hökmləri qeyri-qanuni sayırıq. Elə ona görə də Avropa məhkəməsinə şikayət etmişik.”

Akif Heydərli: “Biz İslam Partiyasının, “Əxlaqlı Seçki və Ədalətli Hakimiyyət Bloku” təşəbbüs qrupunun namizədinin sənədlərini MSK-ya təqdim etmişik. Sənədləri Kəmalə adlı bir xanıma vermişik. Bizdən sənəd götürən xanım MSK-dan yoxa çıxıb, telefonları da bağlıdır. Bu, hakimiyyət Mövsüm Səmədova qarşı qərəzini MSK-da da davam etdirir.” “Akif bəy, bu cür qanunsuzluğa qarşı məhkəməyə müraciət edəcəksiniz” sualına müsahib belə cavab verdi: “Əgər MSK iddia edirsə ki, mən onlara sənəd verməmişəm, heç bir etikaya sığmayan şəkildə bunu danırsa, bununla bağlı məhkəməyə müraciət etmək yersizdir.”

Azər Sarıyev: “MSK kiminsə sənədini qəbul etmək üçün gərək həmin şəxs tərəfindən bizə sənədlər təqdim olunsun, biz də həmin sənədləri yoxladıqdan sonra təqdim olunan namizədin sənədlərini qəbul edək. Azərbaycan İslam Partiyası tərəfindən isə bizə heç bir sənəd təqdim olunmayıb. Bir də AİP iddia edir ki, guya biz Mövsüm Səmədovun sənədini qəbul etmiş xanımı gizlədirik və yaxud işdən çıxartmışıq. Bu absurtdur. Həmin xanım hal-hazırda işdədir və öz iş fəaliyyət ilə məşğuldur.”

Anar Qasımlı: “Mövsüm Səmədovla bağlı belə bir addımın atılması üçün gərək ona bəraət verilsin. Həm hazırki situasiyada, həm də prosessual baxımdan da bu mümkün deyil.”

Natiq Kərimov: “Əvvəla Hacı Mövsüm Səmədov və İlqar Məmmədov ayrı-ayrı vəziyyətdədirlər. İlqar ancaq istintaqa cəlb olunub, barəsində məhkəmə təsdiqi yoxdur. Hacı Mövsüm Səmədov barədə hökm var. Bu hökm apelyasiya və Ali məhkəmə tərəfindən təsdiq edilib. Hərcənd ki, biz bu hökmləri qeyri-qanuni sayırıq. Elə ona görə də Avropa məhkəməsinə şikayət etmişik. Avropa məhkəməsində biz tərəfdən 2 vəkilimiz iştirak edəcək. Təşəbbüs qrupu bütün lazımı sənədləri toplayıb MSK-ya təqdim edib. Azərbaycanda bütün işlər qanunun aliliyi prinsipi ilə həll edilmədiyinə görə bizim təqdim etdiyimiz sənədlər onların dediyinə ilə qeyb olub. Hələlik ancaq etirazımızı bildirmişik. İşin arxasınca mütləq gedəcəyik. Amma İlqar Məmmədovun məsələsi fərqlidir. Hal-hazırda İlqarın vəkilləri imza vərəqələrini toplamaqla məşğuldular. Qanunda barəsində məhkəmə hökmü olmamış şəxs seçkidə namizəd kimi iştirak edə bilər. ”

islamtimes.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button