ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Gürcüstanda torpaq sürüşməsi: 11 nəfərin öldüyü bildirilir

Avqustun 3-də Gürcüstanın qərbindəki Şovidə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili yerli mediaya bildirib.
Nazirin sözlərinə görə, 25 nəfərin axtarışı davam edir:
İki gün ərzində xilasedicilər 210 nəfəri fəlakət zonasından çıxara biliblər”
Bildirilir ki, torpaq kütləsi Şovi kurortunun turizm infrastrukturunu tamamilə dağıdıb:
“Körpüləri və ona gedən yolu sıradan çıxarıb”.
Gürcüstan hakimiyyəti avqustun 7-ni Şovidə torpaq sürüşməsi nəticəsində həlak olanlar üçün matəm günü elan edib.
Mütəxəssislərin fikrincə, 1991-ci il aprelin 29-da Raça-İmereti zonasında baş vermiş zəlzələdən başqa Qərbi Gürcüstanda heç vaxt belə hadisə olmayıb.
Ancaq ekspertlər bildirirlər ki, indiki mərhələdə təbii fəlakətin təkrarlanma təhlükəsi yoxdur.
Parlamentin ətraf mühit məsələləri üzrə komitəsinin sədri Maia Bitadze deyib ki, Şovidəki sürüşməyə güclü yağışlar, buzlaqların əriməsi və sel kimi bir neçə təbiət hadisəsi təsir edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button