ArxivXəbər lentiXəbərlər

“Şirəli Babayev cibimə qoyduğu narkotiki öz gödəkcəsindən çıxardı”

qafqaz.ir-nin verdiyi m’lumata görə, sentyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə AXCP üzvü Orxan Baxışlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə gənc fəalın özü və vəkili Elçin Sadıqov da iştirak ediblər.
Qeyd edək ki, ötən prosesdə olduğu kimi məhkəmə zalına məhdud sayda insanlar buraxılıb, məhkəmədə iştirak etmək istəyənlər, eləcə də media nümayəndələrinin zala keçməsinə əsassız olaraq imkan verilməyib.
Orxan Baxışlı məhkəmədə ifadə verərək, polis tərəfindən hər zaman təqib olunduğunu bildirib :
“Mənim həbsim siyasi fəaliyyətimlə bağlıdır. Xüsusilə də 3 may 2018-ci il tarixdə mərhum jurnalist Elmar Hüseynovun qəbrini ziyarət zamanı çıxışıma görədir. Ayın 7-də məni polis idarəsinə apardılar, cibimdə heç bir şey olmayıb. Əməliyyatçı Şirəli Babayev məni yoxladı. Onun əynində dəri gödəkcə var idi. Şirəli Babayev cibimə qoyduğu narkotiki öz gödəkcəsindən çıxarıb cibimə qoydu”.
Hakim M. Ağalarov təqsirləndirilən şəxsin ifadəsindən sonra növbəti məhkəmənin 13 sentyabr saat 16:00-a təyin olunduğunu elan etdi.
Xatırladaq ki, AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı mayın 7-də axşam saatlarında Bakıda Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. Mayın 9-da Yasamal rayon Məhkəməsi fəalın barəsində dörd aylıq həbsqətimkan tədbiri seçib. Orxan Baxışlı Milli Şuranın 31 martda keçirdiyi mitinqdən öncə də saxlanılmışdı. Ona polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs verilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button