ArxivXəbər lentiXəbərlər

“Maarifçiliyə Dəvət” İctimai Birliyin sədri Elçin Manafov müsəlmanları təbrik edib – Müsahibə

Qarşıdan müqəddəs Qurban bayramı gəlir (Bu il sentyabrın 1-nə təsadüf edir). Bütün dünya müsəlmanları kimi Azərbaycan müsəlmanları da Qurban bayramını qeyd edəcək, niyyəti olanlar qurban kəsib qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayacaq. Günahlarının bağışlanması üçün müsalmanalara əsl fürsətdir desək yanılmarıq.

Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.

Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi. Bu gözəl günlərin fəzilətindən danışmaqla bitməz. İstərdik Qurban bayramı haqqında onun fəlsəfəsindən “Maarifçiliyə Dəvət”  İctimai Birliyin sədri, ilahiyyatçı alim hacı Elçin Manafov danışsın.

Suallarımızı cavablandıran E.Manafov öncə bütün dünya müsəlmanları təbrik edərək mövzunu davam etdirib.

 “Mehriban və bağışlayan Allahın adı ilə!

Fürsətdən istifadə edib gözəl və çox əzəmətli olan  Qurban Bayramı münasibətilə başda imam Zaman (ə.f) ağa olmaqla bütün dünya müsəlmanlarını,  xüsusən də xalqımızı səmimi qəlbdən təbrik edirəm. Dünyanın bir çox müsəlman ölkələrində bu əzəmətli və möhtəşəm bayram qeyd edilir. Hərçənd ki, dünyada bəşərin,  xüsusən də, müsəlmanların hamısı əmin-amanlıqda deyil. Təəssüflər olsun ki, bəziləri düşmən təcavüzünə məruz qalıblar.  Bəzi İslam torpaqları düşmən tərəfindən işğal olunub, əhalisi didərgin salınıb.  Arzu edərdim ki, bu cür gözəl bayram günlərində Allah (t.t) bütün zülmə məruz qalmış, haqqları qəsb edilmiş, hüquqları kobudcasına pozulmuş istər müsəlman, istərsə də qeyri-müsəlman olan məzlum insanlar üçün ədalət bərpa edilsin”.

E.Manafov sözlərinə əlavə olaraq qeyd edib ki, düzdür hədislərdə buyrulur ki, “müsəlman üçün günah edilməyən hər gün bayramdır”, lakin bu özəl və müqəddəs günlər İlahi buyuruluşdur. Bu bir bir tövsiyyədir ki, bayram günlərini əziz tutub, qeyd edək. Səbəb isə dinimizin banisi və səbəbkarı olan hz Məhəmməd peyğəmbərin (a.s) babası hz İbrahim (a.s) bu əziz günlərdən çox böyük İlahi sınaqdan çıxmasıdır”.

“Hz İbrahimın  (a.s) məqamına gəlincə, qeyd olunmalıdır ki, beş  “Ulul Əzm” peyğəmbərlərdən biridir. Yəni beş risalət sahibi olan peyğəmbərdən biridir.  Allah təala onun məqamını o qədər ucaltdı ki, hətta sonunda “imamət” məqamı ilə təltif etdi. Halbuki o zirvə hər peyğəmbərə nəsib olmurdu. Əvvəlcə Allah onu çoxlu malı-mülki ilə sınaqdan keçirdi. Hz İbrahim peyğəmbər bu sınaqdan baş ucalığı ilə həmin imtahandan keçdi. Daha sonar isə növbəti sınaq onun canı ilə idi. Zalim xəlifə Nəmrüd tərəfindən oda atılarkən böyük bir sınaqdan keçdi. Beləliklə malı və canı ilə Allaha  imtahan verən hz İbrahim peyğəmbər bu dəfə öz canparəsi olan, illərlə övlad həsrətindən sonra Allaha xatir vərəsə arzusunda olduğu gözəl-göyçək xüsusən də, peyğəmbərliyə namizəd olan bir övladla,  hz İsmail ilə sınağa çəkildi. Allah hz İbrahim peyğəmbərə yuxu vasitəsilə əmr etdi və peyğəmbər eyni yuxunu üç dəfə gördükdən sonra əmin oldu ki, artıq növbəti sınağın vaxtı yetişib. Beləliklə O Allahın əmri ilə İsmaili qurbangaha apardı ki. Onu allah yolunda qurban versin. Bu bir imtahan idi ki, peyğəmbər bu imtahandan da üzüağ çıxdı və böyük məqama sahibləndi. Onu da qeyd edim ki, burada hz İsmail (ə) da öz növbəsində böyük səbr göstərdi və hər ikisi bu cür böyük əzəmətli sınaqdan  baş ucalığı ilə çıxdılar.  Hz İbrahim peyğəmbər o qədər məqam sahibi idi ki, bəzi alimlərin təbililə desək kifayət edir ona bu fəziləti deyək Allahın ən sevdiyi bəndəsi, yeri-göyü onun şəninə yaratdığı hz Məhəmməd peyğəmbər kimi şəxsiyyət Hz İbrahim peyğəmbər onun babası olmasına görə fəxr etdiyini deyib”.

Müsahibimin sözlərinə görə, tarixə biraz da nəzər salsaq görərik ki, hələ Allah təala ilk insan olan Adəmin (ə) dövründən qurban məsələsini önə çəilib. “Qurban” – ərəbcə “qürb” – “yaxınlıq” sözünün ən yüksək məqamıdır və “(Allaha) ən yüksək dərəcədə yaxın olmaq” mənasını verir.  Yəni Allah kimi özünə yaxın bilər onu imtahan edər”.

“Xülasə, qurbanlığın kökü qədim tarixə gedib çıxır. Amma qurbanlıq ki, hz İsmail (ə) və onu bu Allah yolunda fəda etmək istəyən İbrahimin (ə) adı ilə tanınıb necəki Allah bu gözəl gündə onlara böyük bir məqam bəxş edib bu cür gözəl gündə biz də zamanımızın imamı İmam Zamanın (ə.f) zuhurunu acil etsin. Ağamızın əliylə zəbt edilmiş İslam, xüsusən də Azərbaycan torpaqlarını və zülmə məruz qalmış bütün müsəlmanları xilas edilsin. Allah bu günlərin hörmətinə xatir İslama, müsəlmanlara və Azərbaycan xalqına qarşı məkirli planlar quran İslam düşmənlərini tezliklə məhv etsin. Bütün əsirlikdə olan, zindanda və qürbətdə olan məzlum bacı qardaşlarımıza Allah özü kömək olsun. Sağ-salamat evlərinə, isti ocaqlarına dönməsini uca Yaradandan diləyirik. Bu ilin qurban bayramında Allah hər kəsi sevindirib, qəlblərini fərəh etsin. Aylarla ət yeməyən fəqir insanlar imkanlı insanların kəsdiyi qurban ətindən yeyib dua etməsi həmin şəxslərin böyük savab qazanmasına vəsilə olmuş olarlar. Beləliklə günahların bağışlanması bu günlərdə qaçılmazdır”.

İlahiyyatçı onu da əlavə edib ki, bayram günlərində yetim, məzlum sevindirmək məhz Qurbanlığın nə qədər müqəddəs bayram olduğunun bariz nümunəsidir.  “Sonda bir daha “Maarifçiliyə Dəvət” İctimai Birliyin rəhbər heyətinin və üzvləri  adından  bütün dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib, onlara kəsdikləri qurbanların qəbul olunmasını Rəbbimizdən istəyirik.  Allahdan bizi çəkə bilməyəcəyimiz imtahanla vəzifələndirməməyimizi xahiş edir, hamınızın qarşıdan gələn Qurban Bayramını təbrik edirəm. Bayramınız mübarək”!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button