ArxivXəbər lentiXəbərlər

Qəbələdə fermerlər aksiya keçirib

Bu gün səhər Qəbələdə İcra Hakimiyyətinin binası önündə aksiya keçirilib.
 Maldarlıqla məşğul olan bir qrup fermer, onların örüş torpaqlarının əlindən alınmasına etiraz olaraq aksiya keçiriblər. Aksiya iştirakçılarından birinin “Basta”ya verdiyi məlumata görə, piketə 100-dən artıq etirazçı qatılıb.
“Torpaqlarımız əlimizdən alınır. “Küdrü” adlanan ərazidə bizim daim istifadə etdiyimiz örüş torpaqlarımız var. Əlimizdə müqavilələrin olmasına baxmayaraq, məmurlar torpaqlar əlimizdən alır. Deyirlər burada pambıq əkiləcək. Ora düzənlikdir və orada heç vaxt pambıq əkilməyib. Bu, bizim təsərrüfatlarımızın məhv olması, minlərlə insanın işsiz, çörəksiz qalması deməkdir”, – mənbə bildirir.
Məlumatda qeyd edilir ki, hazırda icra hakimiyyəti rəhbərliyi ilə etirazçıların nümayəndələri arasında danışıqlar başlayıb.
Qəbələdə fermerlər aksiya keçirib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button