ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ermənistan Azərbaycan sərhədindən qoşunları çəkməyə hazır olduğunu açıqladı

Qafqaz.ir-un verdiyi xəbərə görə, Ermənistan mövcud vəziyyəti gərginləşdirməmək üçün qoşunlarını Azərbaycanla sərhəddən geri çəkməyə hazır olduğunu açıqlayıb.

Bu bardə Ermənistan baş nazirin vəzifələrini icra edən Nikol Paşinyan ATƏT-in Minsk qrupunun Qarabağ nizamlanması ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatını alqışlayıram, orada təqdim olunan addımların məntiqi bizim üçün əsaslı şəkildə məqbuldur. Biz hər an qoşunların geri çəkilməsinə başlamağa və ATƏT-in Minsk qrupunun Azərbycanla razılığıa gəlməsini gözləməyə hazırıq. Belə geri çəkilməyə başlamaq üçün”, – deyə Nikol Paşinyan bildirib.

Paşinyan İrəvanın ATƏT-in Minsk qrupunun köməyi ilə sərhədlərin dəqiqləşdirilməsi, demarkasiya və delimitasiya işləri aparmağa, habelə himayəsində olan Qarabağla bağlı danışıqlar prosesini bərpa etməyə hazır olduğunu qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button