ArxivXəbər lentiXəbərlər

Azərbaycanlı İŞİD döyüşçüsü məhkəməyə müraciət etdi

İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Nicat Əhmədov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Qafqaz.ir Apa-ya istinadən xəbər verir ki, işə Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrliyi ilə avqustun 30-da baxılacaq.

İttihama görə, N.Əhmədov 2015-ci ilin iyunun 21-də Suriya və İraq ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə Türkiyəyə, oradan isə Suriyaya gedib.

N. Əhmədov həmin il dekabrın 4-dək “İraq-Şam İslam Dövləti” – “İŞİD” adlı qanunsuz silahlı birləşmənin qanunsuz silahlı birləşmələrinə qoşularaq radikal dini və hərbi təlimlər keçib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button