ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan əməkdaşlıqları yüksələn xətt üzrə inkişaf edir

İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə Tehran və Bakı əlaqələrinin bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini deyərək, bu əlaqələri qırılmaz adlandırıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Cavad Cahangirzadə Bakıda jurnalistlər qarşısında verdiyi açıqlamada İran İslam Respublikasında Azərbaycan həftəsinin keçirilməsi barədə deyib: İki ölkə arasında əlaqələrin bütün sahələr üzrə inkişaf etdirilməsi İran İslam Respublikasının Bakıdakı səfirliyinin əsas prioritetidir.

C.Cahangirzadə daha sonra İranın media nümayəndələrinin qarşıdan gələn həftə ərzində Bakıya səfər edəcəklərindən xəbər verərək, İran və Azərbaycan arasına media əməkdaşlıqlarının önəminidən söz açıb.

Bu məlumata görə, Azərbaycanın mədəniyyət naziri Əbülfəzl Qarayev 60 nəfərlik bir heyətin müşayiəti ilə bazar günü Tehrana səfər edib.

İranda Azərbaycan həftəsi İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyinin əməkdaşlığı və Mədəniyyət və İslami Əlaqələr Təşkilatının təşəbbüsü ilə keçirilir. Bu gündən etibarən başlanan Azərbaycan həftəsinin açılış mərasimində iki ölkənin mədəniyyət nazirləri və yerli və xarici qonaqla, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər. Açılış mərasimi Tehranda, Vəhdət Mədəniyyət Sarayında keçirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button