ArxivSONXƏBƏRLƏRtahlil va magaleXəbər lentiXəbərlər

Sərhədlərin dəyişdirilməsi Tehranın qırmızı xəttidir – TƏHLİL

İran İslam Respublikasının Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalındakı Araz çayının kənarında İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın quru qoşunlarının böyük hərbi təlimləri davam edir.
Qafqaz.ir-nin məlumatına əsasən, İranın siyasi və hərbi rəsmiləri bildirirlər ki, daxili və regional siyasətlər çərçivəsində istənilən hərbi fəaliyyətdə daim təhlükəsizliyə və sülhün qorunmasına üstünlük verilir.
İranın digər hərbi təlimləri kimi Araz çayı sahilində Sepah quru qoşunlarının hazırkı təliminin mühüm və təsirli xüsusiyyətlərindən biri xalq qüvvələrinin, Bəsic və sərhəd mühafizə qoşunlarının iştirakıdır. Görünən odur ki, davamlı təhlükəsizliyin təmin edilməsində insanların iştirakına diqqət yetirilməsi gündəmdədir. İranın şimal-qərb sərhədlərində hərbi təlimlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etməsinin səbəbi də budur. Bununla əlaqədar olaraq, şübhəsiz ki, bəzi xarici qüvvələr İranın sərhədlərinə ziyan vurmaq niyyətindədirlər. Ona görə də İranın silahlı qüvvələri sərhədlər boyunca öz ayıq-sayıqlıqlarını qorumaq istəyirlər.
Bu barədə oktyabrın 13-də Astanada İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi azərbaycanlı həmkarı ilə görüşdə İran və Ermənistanın tarixi sərhədlərində, regionun geosiyasətində və tranzit marşrutunda istənilən dəyişikliyi rədd edərək bildirib ki, İran bu məsələdə qətiyyətlidir.
O həmçinin Avropanın hər hansı pərdə altında regionda hərbi mövcudluğunun əleyhinə olduğunu vurğulamışdı.
Bu isə o deməkdir ki, Cənubi Qafqazda gedən geosiyasi gedişata və xarici qüvvələrin bölgədə yerləşdirilməsinə o cümlədən sionist rejimin Azərbaycanda gizli hərbi varlığını qurmasına İranın səssiz qalacağını düşünmək sadəlövhlük olardı. Tehran dəfələrlə regionda baş verən geosiyasi dəyişikliklərə qarşı olduğunu vurğulayıb və hesab edir ki, sionist rejimin Azərbaycan Respublikası torpaqlarındakı avantüralarının son nəticədə Cənubi Qafqazda yeganə müsəlman ölkəsinin hökuməti və xalqının itkisinə gətirib çıxaracağını düşünmək lazmdır.
Bütün bunları nəzərə alaraq İranın şimal-qərb sərhədlərində Sepah quru qoşunlarının həyata keçirdiyi təlimlər rəsmi Tehranın öz qırmızı xəttinin keçilməz olduğunu xatırlatmaq üçün mühüm bir addım kimi xarakterizə olunmalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button