ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

`Nərgiz` Qadınlar Cəmiyyəti `Ərbəin`lə bağlı beynəlxalq konfrans keçirib – FOTO

“Milli Mənəvi Dəyərlər” İctimai Birliyi “Nərgiz” Qadınlar Cəmiyyəti 9 noyabr tarixində Bakı şəhəri “Təzə Pir” məscidində “Ərbəin”lə bağlı konfrans keçirib.

Maide.Az İslamazeri.az -a istinadən xəbər verir ki, artıq 3-cü ildir ki, “Kərbəlada əzəmət və gözəllik” adı ilə keçirilən bu konfransda müxtəlif ölkələrdən Hüseyn (ə) sevərlər bir araya toplanır. “Nərgiz” QC bu ilki tədbirə Türkiyə, İran, Livan, İraq kimi ölkələrdən qonaq dəvət edib və 3 mövzu ətrafında sohbətlər və müzakirələr aparılıb.

İlk öncə Nərgiz QC-nin sədri konfransa gələn qonaqları salamlayaraq iştirakçılara məhərrəm ayı, “Ərbəin”lə bağlı başsağlığı verərək konfransı açıq elan etdi.

Türkiyənin İstanbul şəhərindən “əl-Mustafa Universiteti”nin tələbəsi, ilahiyatçı Nuray Tuncay, Livandan Raniya Mızrani, Azərbaycanı təmsilən, ilahiyatçı, Quran tədrisçisi Zəhra Süleymanova, İraq-Azərbaycan Mədəni Əlaqələr Şöbəsinin sədri, sülhməramlı səfir Tahirə Məmmədova və İranı təmsilən Təbriz şəhərindən Təbriz Tibb Universitetinin Psixoloji Bölməsinin İslam və Quran Elmləri üzrə Tətqiqat Bölməsinin müdiri Zəhra Kuhi “Kiçik ömrün böyük fədailəri”, “Kərbəla və gənclik”, “Mənəvi azadlıq” adlı mövzularla çıxış edərək dünyada uşaqların qara baş verən zülüm və şiddətdən onlar üçün sülh və barış olsun dedilər. “Gənc nəsil Kərbəlanı necə tanıyır, nələri öyrənir? Və Hürrün timsalında mənəvi azadlıq və ədəbi mərifətlə, cənnət nuru ilə müjdəlınməsi” haqqında sohbətlər oldu. Konfransın sonunda tədbirdə iştirak edənlər fikir mübadiləsi edərək öz fikirlərini bildirdilər. Sonda İmam Hüseyn (ə) ehsanı süfrəsi ilə məclisi yekunlaşdırdılar. Qonaqlar

Bakıda 3 gün “Nərgiz” QC-nin qonağı olacaq.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button