ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan Milli Məclisinin sədri İran Prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İran Prezidenti Ayətullah Seyid İbrahim Rəisi ilə görüşüb.

Maide.Az “APA”a istinadla xəbər verir ki, İran-Azərbaycan münasibətlərinin arzuedilən səviyyədə olduğunu vurğulayan Ayətullah Seyid İbrahim Rəisi Azərbaycan-İran münasibətlərinin inkişafı üçün böyük potensial olduğunu bildirib, ölkəsinin özəl şirkətlərin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştiraka, texniki, mühəndis və infrastruktur layihələrində əməkdaşlığa hazır olduğunu bildirib.

 Seyid İbrahim Rəisi İranın Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab etdiyini söyləyib: “İki ölkə ikitərəfli və regional müstəvidə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq edə, iki ölkənin maraqlarını sıx və effektiv koordinasiya edə bilər”.

Milli Məclisin sədri isə İran Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini çatdırıb. S. Qafarova Seyid İbrahim Rəisinin prezidentliyi dövründə Azərbaycan və İran münasibətlərinin inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb: “İran şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirakından da məmnun olarıq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button