ArxivXəbər lentiXəbərlər

AİP İSRAİL HƏRBÇİLƏRİNİN CİNAYƏTİNİ İTTİHAM EDƏN BƏYANAT YAYIB

Azərbaycan İslam Partiyası terrorçu İsrail rejiminə etiraz bəyanatı yaydı

İslaminsesi.org-un AİP mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycan İslam Partiyası sionist rejimin son qanunsuz əməlinə etiraz məzmunlu bəyənat yayıb.

 Bəyanatda deyilir:

 Sionist İsrail rejimi beynəlxalq qanunlara məhəl qoymayan cinayət əməllərini davam etdirir. İşğalçı rejimin  hərbi bombardmançı helekopterləri Suriya ərazisinə soxularaq terrorçularla döyüşən Hizbullah mücahidlərini atəşə tutublar. Sionist helikopterlərinin qəfil hücumu nəticəsində Suriyanın Holan təpələri ərazisində yerləşən Qunitrə vilayətinin Məzrəə əl-Əməl  şəhərində həlak olan altı hərbçi ilə bərabər  şəhid İmad Muğniyənin oğlu  Cəhad Muğniyə də şəhid olub.

 Qonşu dövlətlərə qarşı açıq cinayət  əməllərindən əl çəkməyən İsrail rəhbərlərinin bu hərəkətini də  Azərbaycan İslam Partiyası terror cinayəti kimi qiymətləndirir. Suriya ərazisinə soxularaq daxili terrorçulara qarşı vuruşan mücahidlərin atəşə məruz qoyulmasını isə hesab edirik ki, sionist İsrail rejimi əslində terrorçuları nəinki maliyyələşdirir və silahlandırır, hətta onlara texnika və canlı qüvvə ilə dəstək verir, Suriya ərazisində təxribat aparmaqla yanaşı, adlı-sanlı döyüş komandirlərini terrora məruz qoyur.

 İnsanlığa qarşı bəşəri cinayətlərin müəllifi kimi tanınan işğalçı İsrail rəhbərlərinin son addımları beynəlxalq ictimaiyyət tərəfindən mühakimə edilməli,  beynəlxalq təşkilatlar tərəfindən rejimə qarşı konkret addımlar atılmalıdır. Biz İslam dövlətlərini və bütün müsəlman cəmiyyətlərini sionistlərlə bütün əlaqələri kəsməyə, İsraildən Suriyadan əlini çəkməyi və Fələstin torpaqlarını geri qaytarmağı tələb etməyə çağırırıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button