ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiyada “arzuolunmaz təşkilatlar”a maddi dəstək göstərənlər həbsə oluna bilər

Rusiya Cinayət Məcəlləsinin “arzuolunmaz təşkilatlar” barədə maddəsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi Dövlət Dumasına təqdim olunub. 

“Radio Svoboda” xəbər verir ki, dəyişikliyə əsasən belə təşkilatların xeyrinə ianə edənləri 5 il həbs gözləyə bilər.

Parlamentin profil komitəsinin dəyişikliyi bəyəndiyi bildirilir.

Dövlət Duması daha əvvəl Rusiya Maliyyə Monitorinqinə vətəndaşlara və təşkilatlara xaricdən pul köçürmələrini izləməyə icazə verən qanun layihəsini, eləcə də fiziki və hüquqi şəxslərə təkcə Rusiya ərazisində deyil, onun hüdudlarından kənarda da arzuolunmaz təşkilatların fəaliyyətində iştirak etməyi qadağan edən qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Arzuolunmaz təşkilatlar haqqında qanun Vladimir Putin tərəfindən 2015-ci ilin mayında imzalanıb. O vaxtdan etibarən qanun dəfələrlə sərtləşdirilib.

Baş prokurorun və ya onun müavinin fikrincə, “dövlət təhlükəsizliyinə və onun konstitusiya quruluşuna təhdid törədən” istənilən qeyri-hökumət təşkilatı arzuolunmaz elan edilə bilər.

Siyahıya düşən təşkilatın Rusiya ərazisində fəaliyyəti qadağan olunur, hesabları dondurulur, bütün şöbələri qapadılır. Belə təşkilatlarla əməkdaşlıq böyük məbləğdə cərimə və 8 ilə qədər həbslə nəticələnə bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button