ArxivXəbər lentiXəbərlər

İranı ən çox ziyarət edənlər arasında azərbaycanlılar ikinci yerdədir

İrana səfər edən xarici turistlərin ümumi sayı hicri şəmsi təqvimi ilə bu ilin I rübündə (21 mart-31 iyun) 3,6 mln nəfər təşkil edib. Qeyd edilən dövrdə İrana turist axını əsasən İraq (246,7 min nəfər), Azərbaycan (227,5 min), Əfaqanıstan (156,2 min) və Türkiyədən (133,4 min) müşahidə edilib.

Eyni dövrdə, 1,98 mln. iranlı isə xarici ölkələrə səfər edib.

Qeyd edək ki, İran cari ildə (2018-ci il martın 21-dək) 6,5 mln. turistin ölkəyə səfər edəcəyini proqnozlaşdırır. Bununla yanaşı, İran daxili turizmin də inkişafına böyük diqqət ayırır və ilin sonunadək bu istiqamət üzrə analoji rəqəmin 120 mln.-a çatdırmağı hədəfləyir. Ölkə 2025-ci ilə kimi ildə 20 mln. turist cəlb etməyi qarşısına məqsəd qoyub.

Ötən il İrana 5,5 mln. səyahətçi səfər edib və bu, ölkə iqtisadiyyatına 8 mlrd. dollar qazandırıb. (report)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button