ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İbadoğlu “saxta pul hazırlamaqda” maddəsilə istintaqa şübhəli şəxs qismində cəlb edilib

Bu barədə siyasətçinin qızı bildirib.
«Onu hal-hazırda «bandotdelin» zirzəmisində saxlayırlar. Ona dərman və paltar kimi ehtiyacları götürməyə imkan verməyiblər. Hələ də özünə lazım olan dərmanları yoxdur.  Atamın yüksək təzyiq və şəkəri var, dərmanlar onun həm də digər daxili orqanları üçündü. Həmin dərmanlarsız o sadəcə məhv ola bilər», – daha sonra Bayramova bildirib.—06D-
*   *   *
Qubad İbadoğlunun ofisində axtarış başa çatıb
Gecə yarısı Qubad İbadoğlunun ofisində axtarış başa çatıb. Onu oradan apararkən polislər önünə qara pərdə çəkmişdilər.
Jurnalistlərin “Sizi niyə saxlayıblar?” sualına İbadoğlu “İlham Əliyevin sifarişi ilə” cavabını verib.-0-
*   *   *
Qubad İbadoğlu FETÖ ilə əlaqədə şübhəli bilinir – Daxili İşlər Nazirliyi
Qubad İbadoğlu  FETÖ ilə əlaqədə şübhəli bilinir. Bu barədə Turana Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən bildiriblər.
«Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirmişdir. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə vermişdir. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılmışdır. Hazırda tədbirlər davam etdirilir», – nazirlikdən deyiblər.
İbadoğlunun qızı Jalə Bayramovanın sözlərinə görə isə, «ofisin içindən güya 40 min dollar pul çıxarıblar». «Onun saxta və ya gerçək olduğu bilinmir. Təbbi ki polislər pulu özləri yerləşdiriblər. Atam xəstədi, dərmanlarını soruşur və dərmanlarına ehtiyacı var. Saat 1-2dən bəri saxlanılıb, dərmanlarını ata bilməyib. Biz ondan çox narahatıq», – Bayramova Turana deyib.-0-
*   *   *
Müxalif  siyasətçi Qubad İbadoğlu saxlanılıb
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb. Bu barədə İbadoğlunun qızı Jalə  Bayramova məlumat verib. Onun sözlərinə görə, İbadoğlu saat 13-14 radələrində Novxanı-Sumqayıt yolunda Sumqayıt gəncləri ilə görüşə gedən zaman saxlanılıb.
İbadoğlunun ofisində axtarış aparılır.
Öz növbəsində, DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Araşdırma aparılır. Əlavə məlumat veriləcəkdir.
Q.İbadoğlu siyasi fəaliyyəti ilə yanaşı, iqtisadçı-alim  kimi də tanınır.
Son illər o, hakimiyyətin ünvanına, xüsusən də insan haqlarının pozulmasına və korrupsiyaya görə kəskin tənqidlərlə  çıxış edir.
Bu günlərdə İbadoğlu Böyük Britaniyada Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri, professor Cəmil Həsənli və Avropada siyasi mühacirətdə olan keçmiş diplomat Arif Məmmədovla birgə  “Azərbaycan Gənclərinin Təhsil Fondu” təsis edib.
Bundan sonra onların hər üçü hökumətyönlü internet resurslarına hücumlara məruz qalıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button