ArxivXəbər lentiXəbərlər

Azərbaycan R-da dörd terrorçu öldürülüb

Azərbaycan Respublikası dövlət təhlükəsizlik xidmətinin ictimai əlaqələr şöbəsi bu ölkədə keçirilən anti-terror əməliyyatında dörd İŞİD ünsürünün öldürülməsindən xəbər verib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası dövlət təhlükəsizlik xidməti bildirib ki, bu təhlükəsizlik orqanı Bakıda bir silahlı qrupun yaradılması haqda məlumat aldıqdan sonra anti-terror əməliyyatı keçiribdir ki, nəticədə dörd Azərbaycan Respublikası vətəndaşı öldürülüb, bir nəfər də həbs olunubdur.

Bu silahlı qrup habelə Azərbaycan Respublikasında terror əməliyyatları keçirmək üçün silah və partlayıcı maddələr tədarük etməkdə imiş.

Suriya böhranının əvvəlindən Azərbaycan Respublikası vətəndaşları olan vəhhaiblərdən ibarət bir qrup təkfirçi-terrorçu qruplara qoşuldu və onların bir hissəsi Suriyanın dövlət qüvvələrilə döyüşlərdə öldürülübdür. Son illərdəki məhdudiyyətlərə rəğmən, hələ də vəhhabilər Azərbaycan Respublikasında azad şəkildə fəaliyyət göstərirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button