ArxivXəbər lentiXəbərlər

“Dollar 1.90-1.95 manat olacaq” – Ekspertdən proqnoz

Yaxın 2-3 ayda dolların məzənnəsində ciddi enmə və ya bahalaşma gözləmir:

“Dollarla bağlı proqnoz – 1.95 olacaq”

İqtisadçı ekspert Natiq Cəfərli manatın yaxın, uzaq taleyi ilə bağlı düşüncələrini bölüşərkən bizimyol.info-ya belə deyib. Ekspert bildirib ki, yaxın 2-3 ayda dolların məzənnəsində ciddi enmə və ya bahalaşma gözləmir:

“Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışları ərəfəsində ölkəmizdə dolların 1.65-1.70 civarında qalması ehtimalı yüksəkdir.

Çünki hökumətin də özünün qırmızı xətti var. Əslində çox baha manat hökumətə sərf eləmir. Çünki büdcə öhdəliklərinin yerinə yetirilməsində problemlər yaşana bilər. Ona görə də 1.70 sanki qırmızı cizgidir. Odur ki, son 4 hərracdır ki, məzənnə əsasən dəyişmir. Yəni məzənnədə çox cüzi dəyişikliklər olur ki, buna da dəyişiklik deyilməz. Ona görə də rəsmi məzənnədə ciddi dəyişikliyin olacağını gözləmirəm”.

Ekspert deyib ki, Mərkəzi Bank valyuta alqı-satqısında 4 faizlik marjanı ləğv etməklə bankların qazanmasına imkan yaradıb.

N.Cəfərli hesab edir ki, valyuta alqı-satqısındakı indiki məzənnə, hələ 2-3 ay davam edə bilər:

“İslam Oyunlarından sonra “Formula-1” yarışları da olacaq. Bütün bu idman yarışları bitənə kimi, hələlik, dolların indiki səviyyələrdə, yəni 1.65 və 1.70 civarında qalması ehtimalı yüksəkdir. Dünya Bankı da Azərbaycanla bağlı hesabat açıqlayıb. Hesabatda əsas problemin manat kütləsi və dövriyyəsinin azalması göstərilib. Bu da məzənnənin sabitləşməsinə təsir edir. Amma ümumi iqtisadi aktivliyə çox mənfi təsir göstərir. Hətta beynəlxalq ekspertlər də bizim aylardır, dediklərimizi dolayı olsa da təsdiqlədilər. Ona görə də, çox ciddi dəyişikliyin və ucuzlaşmanın olmasını gözləmirəm”.

Ekspert dolların məzənnəsinin 1.50 və ya ondan da aşağı düşə bilməsi haqda proqnozları əsaslı saymır. O, idman yarışlarından sonra dolların qiymətinin dərhal qalxacağı qənaətində də deyil:

“Yarışlardan sonra dərhal dolların qiymətinin qalxmasını görməyə bilərik, əsas proseslər payızda olacaq. İlin sonuna kimi dollar 1.90-1.95 manat həddində olacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button