ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstanda “Vəhdət həftəsi” mövlud tədbiri keçirildi – FOTO

İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları həmçinin “Vəhdət-həftəsi” tədbiri keçirilib

Qafqaz.ir “Ahlibeyt.ge” portalına istinadən xəbər verir ki, Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti, həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və “Zeynəb (s.ə)” Qadınlar Birliyinin təşkilatçılığı ilə İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları həmçinin Vəhdət-həftəsi münasibəti ilə möhtəşəm bayram tədbiri keçirilib.
Tədbir Kərbəlayi Elçin Daşdanzadənin aparıcılığı ilə baş tutdu və tədbir Quran qarisi Rza Cəfəri Quran tilavəti ilə açıq elan olunub.
Quran tilavətindən sonra Türkiyə Cəfəri Alimlər Birliyi idarə heyətinin üzvü Mehdi Aksu çıxış edərək Peyğəmbərin (s) dünyaya gəlişi ilə əlaqədar çıxış edib.
Daha sonra “Azərbaycan” ilahi nəğmələr qrupunun rəhbəri Seyid Taleh BoradigahiPeyğəmbər (s) və İmam Sadiq (ə) şəninə surudlar və şeirlər səsləndirib.
Tədbirin davamında Al-Mustafa Unversitetinin Gürcüstandakı nümayəndəsi dəyərli alim Hacı Davud Zarii çıxış edərək İmam Sadiq (ə) fəzilətindən və əxlaqından danışıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button