ArxivXəbər lentiXəbərlər

İstanbulda aksiya

İstanbul əhalisindən yüzlərlə nəfər Türkiyə dövlətinin dəstəklədiyi terrorçuların Suriyanın Əlzarə kəndində törətdikləri cinayətləri pisləyərək, aksiya keçirib. Belə bir halda, Türkiyənin prezidenti Rəcəb Tayyıb Ərdoğan bazar günü deyib ki, Ankara Suriyada böhranın başlanmasından bəri bu ölkə xalqının kənarında olub və olacaqdır da.

Türkiyədə qeyri-hökumət təşkilatlarının nümayəndələri bu aksiyada bir bəyanat yayaraq, Suriya xalqı ilə öz həmrəyliklərini və bu xalqa dəstəyini elan edibdir.

Bəyanatda deyilir ki, Türkiyə dövləti bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın rəhbərliyi altında Suriyada törədilən cinayətlərdə məsuliyyət daşıyır.

Əlqaidə-nin tabeliyində olan Cibhətunnusrə qrupu daxil olmaqla terror qrupları ötən cümə axşamı günü Suriyanın Hums şəhərinin şimalından 33 kilometr aralıda yerləşən Əlzarə kəndinə hücum edərək, onun bir qrup sakinini, o cümlədən bir neçə uşağı qətli-am ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button