ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan arasında 8 əməkdaşlıq sənədi imzalanıb

Martın 28-də geniş tərkibdə görüş başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Qafqaz.ir- “İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında Əməkdaşlıq haqqında İcra Proqramını”nı İran İslam Respublikası Prezidentinin ailə və qadın məsələləri üzrə müavini Məsumə Ebtikar və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova imzalayıblar.

“İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 2018-2019-cu illər üzrə İcra Planı”nı Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və İran İslam Respublikasının idman və gənclər naziri Məsud Sultanifər imzalayıblar.

“ İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında 2018-2021-ci illər üçün Mədəniyyət və İncəsənət üzrə Mübadilə Proqramı”nı İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbüzər İbrahimi Türkman və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev imzalayıblar.

“ İran İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi  ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna dair Fəaliyyət Proqramı”nı İran İslam Respublikasının səhiyyə nazirinin müavini İrəc Hərirçi və Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev imzalayıblar.

“İran İslam Respublikasının Neft Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu”nu İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə və Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov imzalayıblar.

“İran İslam Respublikasının Sənaye, Mədən və Ticarət Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Anlaşma Memorandumu”nu İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev imzalayıblar.

“İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyan və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev imzalayıblar.

“ İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş”i İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyan və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev imzalayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button