ArxivXəbər lentiXəbərlər

Azərbaycanlı sələfi təbliğatçı Hələblə bağlı çağırış etdi

O, terrorçuların məhv olunmasını soyqırım kimi qələmə verdi.

Son günlər DTX-nin ölkədə sabitliyi pozmaq istəyən bir qrup şəxslərə qarşı apardığı əməliyyatlar heç kəsə sirr deyil.

İslamazeri.az xəbər verir ki, qurumun rəisi Mədət Quliyev mətbuata açıqlamasında da bu barədə məlumat verdi. O bildirdi ki, DTX əməkdaşları belə əməliyyatlar zamanı silahlı müqavimətlə rastlaşıblar və qətiyyətlə onların qarşısını alıblar.

Hətta Dekabrın 3-ü Bakı şəhərinin Binə Ticarət Mərkəzi yaxınlığında terrorçu-kamikadze üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan “şəhid kəməri”ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.

Ölkədən Suriyaya terror qruplaşmalarının tərkibində döyüşməyə gedənlərin olması da hamıya məlumdur. Onların bəziləri vətənə döndükdən sonra hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılaraq həbs olunublar.

Bu günlərdə Suriya ordusu Hələb şəhərində terrorçulara qarşı əməlliyyat aparırdı. Nəhayət ki, ordu adıçəkilən şəhəri silahlı qruplaşmalardan təmizləməyə müvəffəq oldu.

Təəssüf ki, ölkəmizdə də İŞİD və onun kimi radikal terror şəbəkələrə dəstək verənlərin olduğu məlum məsələdir. Bir neçə ay bundan əvvəl sələfi alimi kimi tanınan Əlixan Musayevin sözügedən qruplaşmaların tərkibində döyüşənləri qəhrəman kimi qələmə verməsi və onları şəhid adlandırması da mətbuatın gündəmindəydi. İslamazeri.az xəbər verir ki, indi isə eyni məzhəbdən olan sələfi təbliğatçı Veysəl Orucovun Hələbdə baş verənlərlə bağlı sosial şəbəkədə müraciəti yayılıb. O, əqidədaşlarına Suriyada ordu tərəfindən məhv edilən terrorçulara dua etməyi xahiş edib. Həmçinin silahlı qruplaşmaların döyüş zamanı öldürülməsini faciə və soyqırım kimi qələmə verib.

Ümid edirik müvafiq orqanlar sözügedən çağırışla bağlı tədbirlər görəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button