ArxivXəbər lentiXəbərlər

Mahmud Vaizi Azərbaycan prezidenti ilə görüşüb

Azərbaycan Respublikası prezidenti İlham Əliyev İran İslam Respublikası prezidentinin ofisinin rəhbəri Mahmud Vaizi ilə görüşündə Astara-Astara dəmiryolunun inşa əməliyyatının sürətləndirilməsini istəyib.

Qafqaz.ir- İİR prezidenti ofisinin rəhbəri bu gün Bakıda Azərbaycan prezidenti ilə görüşüb. Vaizi bu görüşdə İran və Azərbaycanın bir çox regional və beynəlxalq mövzularda ortaq mövqelərə malik olduqlarını xatırladaraq deyib: İki ölkə sülh və stabilliyin möhkəmləndirilməsi üçün səy göstərirlər. O İran və Azərbaycandakı mövcud fürsətlər, potensiallar və qabiliyyətlərdən istifadə edilməsini önəmli adlandırıb,Tehran-Bakı əməkdaşlıqlarının bütün sahələrdə inkişaf etdirilməsi istiqamətində səylərin vacibliyini vurğulayıb.

Görüşdə İlham Əliyev də deyib: Azərbaycan Respublikası İranla hərtərfəli əməkdaşlıqlar və əlaqələrin genişləndirilməsində əzmkardır. Azərbaycan Respublikası prezidenti Astara-Astara dəmir yolu və Şimal-Cənub nəqliyyat layihəsi kimi müştərək layihələrin icrasının sürətləndirilməli olduğunu vurğulayıb.

Azərbaycan Respublikası rəsmiləri ilə görüş məqsədi ilə dünən axşam Bakıya daxil olan Vaizi bu gün Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədov və iqtisadiyyat naziri eyni zamanda İran-Azərbaycan müştərək iqtisadiyyat komissiyasının azərbaycanlı həmsədri Şahin Müstafayev ilə görüşlərdən sonra Tehrana qayıdacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button