İqtisadçıların fikrincə, gəlirin 30 faizindən çoxunun ərzaqa xərclənməsi kasıblıqdan xəbər verir
Son bir ildə qiymətlərdəki artım Azərbaycanda əhalinin ərzaqa daha çox pul xərcləməsinə gətirib çıxarıb.
2021-ci ildə əhalinin istehlak xərclərində qida məhsulları, içkilər və tütün 50.7 faiz yer tuturdusa, 2022-ci ildə həmin göstərici 55.3 faizə yüksəlib.
“Aqora” Analitik Kollektiv 2022-ci ildə əhalinin hər 100 manatından neçəsini nəyə xərclədiyini araşdırıb.
Məlum olub ki, hər 100 manatdan 55,30-u ərzaq, içki və tütün məhsullarına, 14,10-u geyim, ayaqqabı və toxuculuq məhsullarına, 5,30-u avtomobil, benzin və dizelə, 4,80-i elektrik malları və mebelə, 2,20-i əczaçılıq məhsulları və tibb ləvazimatlarına, 1,10-u komputer, kommunikasiya avadanlıqları və çap məhsullarına, 16,20 manatı isə digər qeyri-ərzaq mallarına xərclənib.